“Taktiki baxımdan indiki mərhələdə ermənilərin ölkəmizə qarşı ərazi iddialarını neytrallaşdırmaq üçün sözügedən mövzunu gündəmdə saxlamalıyıq”.
Bunu Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov öz ata-baba yurdlarından vaxtilə didərgin düşmüş Qərbu azərbaycanlıların geri dönüşü və orada status almalarının gündəmdə olması, onun da danışıqlar predmetinə çevrilməsi məsələsinə toxunarkən deyib:
“Təbii ki, bu olmalıdır. Bu məsələ gündəmdədir. Azərbaycan Prezidenti də bir neçə dəfə məsələ ilə bağlı fikrini bildirib.
Qərbi Azərbaycanlıların vaxtilə pozulmuş hüquqlarını da bərpa etməliyik. Buna həm tarixi, həm insani, həm də hüquqi əsaslarımız var. Ona görə də həmin mövzu da mütləq şəkildə gündəmdə olmalıdır. O da iki hissədən ibarətdir. Taktiki baxımdan əldə etdiyimiz üstünlük həmin məqamı həyata keçirməyə ölkəmizə imkan verir.
Həm də strateji baxımdan məsələnin həyata keçməsi vacib məsələdir. Tarixi ədalətin və pozulmuş hüquqların bərpası strateji məqsədlərdir. Taktiki baxımdan isə indiki mərhələdə ermənilərin ölkəmizə qarşı ərazi iddialarını neytrallaşdırmaq üçün sözügedən mövzunu gündəmdə saxlamalıyıq”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:27 / 15.08.2022
“Qərbi Azərbaycanlıların geridönüşü gündəmdə saxlanılmalıdır” – Tofiq Zülfüqarov
Hazırda oxunan: “Qərbi Azərbaycanlıların geridönüşü gündəmdə saxlanılmalıdır” – Tofiq Zülfüqarov
Hazırda oxunan: “Qərbi Azərbaycanlıların geridönüşü gündəmdə saxlanılmalıdır” – Tofiq Zülfüqarov
88678
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.