Fərhad Məmmədov: “Laçından yan keçən yeni yolda

Fərhad Məmmədov: “Laçından yan keçən yeni yolda "Xoş gəlmisiniz!" plakatı olmamalıdır”

Hazırda oxunan: Fərhad Məmmədov: “Laçından yan keçən yeni yolda "Xoş gəlmisiniz!" plakatı olmamalıdır”

88092

Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov özünün Telegram kanalında Azərbaycanın Laçın şəhərindən yan keçən yeni yolda zəruri davranış qaydaları barədə yazıb.

Bizim.Media xəbər verir ki, onun fikrincə, yolda Azərbaycan, rus və ingilis dillərində nişanların qoyulması vacibdir, çünki ziyarətçilər hara gedəcəklərini, onları qarşıda nə gözlədiyini başa düşməlidirlər.

O, hesab edir ki, bu nişanlardan sonra Azərbaycanda müvəqqəti qalan rus sülhməramlıları azmayacaq.

“Həmçinin Qarabağ şəhərlərinin Azərbaycan dilində adları yazılmalıdır: Xankəndi, Şuşa, Xocavənd, Ağdərə, Xocalı... Qarabağın erməni əhalisinin gənc nəsli bu yolla daha çox maariflənəcək.

Və təbii ki, Ermənistanla şərti sərhəddə xəritə ilə “Siz Azərbaycan Respublikasının ərazisindəsiniz” yazılmalıdır. Həm ermənilər, həm də sülhməramlılar harada olduqlarını başa düşməlidirlər.
“Добро пожаловать!” və “Xoş gəlmişsiniz!” plakatları ümumiyyətlə yazılmamalıdır”, - deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO