"Şuşa səfəri Azərbaycanın əldə etdiyi zəfərin son möhürü idi" - Politoloq 

Hazırda oxunan: "Şuşa səfəri Azərbaycanın əldə etdiyi zəfərin son möhürü idi" - Politoloq 

8799

"Prezidentin Şuşa səfəri və orada verdiyi mesajlar vacib ismarıclardır. Ölkə başçısının dəmir yumruğu göstərməsi Cənubi Qafqazda Ermənistan-Azərbaycan münaqişəsinə son verildiyinə və buna baxmayaraq İrəvandan revanşist açıqlamalar səsləndirən ermənilərə bir mesaj idi".

Bu fikirlər Bizim.Media-ya Prezident İlham Əliyevin Şuşa səfəri və səsləndirdiyi fikirlərin siyasi mahiyyəti barədə danışan politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.
 

MÖVZU İLƏ BAĞLI:

POLİTOLOQ: ''ABŞ Yaxın Şərqdə Türkiyəsiz heç nə edə bilməz''


Politoloq qeyd etdi ki, ölkə başçısının zəfər mesajları Ermənistan cəmiyyətini də ciddi sarsıdıb:

"Erməni ictimai-siyasi elitası panikaya düşdü. Bundan əlavə, Azərbaycan Prezidentinin verdiyi mesajlar 7-8 kilometrlikdə - Rusiya sülhməramlılarının qanadı altında Xankəndində oturan Araik Arutyunyan və Vitali Balasanyan kimi terrorçu ünsürlərə də ünvanlanırdı. Onlar üçün bir kabus idi. Artıq separatçı ermənilər öz gələcəklərini qaranlıq görürlər.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Şuşaya getdi - TAM MƏTN - VİDEO


Səsləndirilən fikirlər həm də bundan sonra Qarabağda hansısa statusun müzakirə olunmayacağını, Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaradılmayacağının ismarıcları idi".

Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, ölkə başçısının Şuşa səfəri Azərbaycanın əldə etdiyi zəfərin son möhürü idi.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO