“Energetika sahəsində əməkdaşlıq, investisiya üçün geniş imkanlar var ”.
Bizim.Media xəbər verir ki, Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri, Əlcəzair Prezidentinin xüsusi nümayəndəsi Ramtan Lamamra ilə görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Ceyhun Bayramov deyib ki, turizm sahəsində əlaqələrin genişlənməsi üçün də yaxşı imkanlar var:
“Görüşlərimizdə mədəniyyət, humanitar sahədə əlaqələr də diqqət yetirdik. Azərbaycan təhsil sahəsində təqaüd proqramları təklif edir. Əlcəzair tələbələri bu proqramlarda iştirak edir, gələcəkdə bu imkanlar daha da genişlənəcək”.
XİN başçısı qeyd edib ki, bu gün Azərbaycanla Əlcəzair arasında diplomatik və xidməti pasport sahiblərinin qarşılıqlı vizalardan azad olunması barədə saziş və iki ölkənin XİN-ləri arasında siyasi məsləhətləşmələrə bağlı protokol da imzalanıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:47 / 10.08.2022
Azərbaycanla Əlcəzair arasında ANLAŞMA - Viza ləğv olunur...
Hazırda oxunan: Azərbaycanla Əlcəzair arasında ANLAŞMA - Viza ləğv olunur...
Hazırda oxunan: Azərbaycanla Əlcəzair arasında ANLAŞMA - Viza ləğv olunur...
87894
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.