“Vətəndaşlıq verək, qalıb kef eləsinlər?” – Ermənilərin arzusuna Aqil Abbasdan REAKSİYA

“Vətəndaşlıq verək, qalıb kef eləsinlər?” – Ermənilərin arzusuna Aqil Abbasdan REAKSİYA

Hazırda oxunan: “Vətəndaşlıq verək, qalıb kef eləsinlər?” – Ermənilərin arzusuna Aqil Abbasdan REAKSİYA

87554

Son günlərdə bir neçə erməni Azərbaycan vətəndaşlığı almaq üçün müraciəti ilə gündəmə gəlib. Belə ki, erməni bloqer İşxan Verdyanın ardınca, Vahe Qambaryan adlı şəxs də Azərbaycan Prezidentinə müraciətlə Ermənistan vətəndaşlığından imtina edib, Xankəndində yaşamaq istəyini dilə gətirib.

Azərbaycan cəmiyyətində belə düşünürlər ki, ermənilərin bu istəklərinin arxasında başqa məqsədlər dayanır. 

Elə onlardan biri millət vəkili, yzıçı Aqil Abbas. O da bu barədə fərqli düşünür. Aqil müəllim Bizim.Media-ya bildirib ki, Azərbaycan erməni vətəndaşlarıyla bağlı mövqeyini dəfələrlə açıq şəkildə nümayiş etdirib:
 

MÖVZU İLƏ BAĞLI:

Aqil Abbas: “Mənim sülhməramlılara yazığım gəlir” – VİDEO 


“Biz əvvəldən demişik ki, ölkəmizdə yaşamaq istəyən erməni Azərbaycan vətəndaşlığını, Konstitusiyasını qəbul edərsə, burada yaşaya bilər. Başqa millətlər, başqa xalqlar kimi. Təbii ki, Qarabağda dövlətin bütün strukturları yaradılandan, Xocalıda, Əskəranda, Ağdərədə tam olaraq Azərbaycan hakimiyyətə bərpa olunandan sonra.

Ondan sonra kim qalıb yaşamaq istəyərsə, onlara vətəndaşlığın verilməsi Dövlət başçısının müstəsna səlahiyyətindədir.

Biz erməni xalqıyla müharibə etmirik, terrorçularla mübarizə aparırıq. Onlar da Azərbaycan ərazilərindən çıxarılmalı, dövlətimizə qarşı cinayət törədənlər isə qanunlarımız çərçivəsində cəzalarını almalıdır. Daha sonra qalan ermənilərin bu ərazilərdə yaşaması mümkündür”.

Aqil Abbas daha əvvəl də bir sıra erməninin Azərbaycan vətəndaşlığı üçün müraciət etdiklərini xatırladıb:

“Müraciət ediblərsə, gəlib Xankəndində, yandırıb dağıtdıqları, Ağdamda, Zəngilanda, Kəlbəcərdə yaşamaq istəyirlərsə (ki bu ərazilərdə ermənilər yaşamayıb), yaşasınlar. Ona heç kim heç nə deyə bilməz. Amma bizim orada hakimiyyətimiz bərpa olunandan sonra. Ermənilər də artıq ağıllanır. 44 günlük müharibə, ardınca antiterror əməliyyatından sonra ermənilər də görürülər ki, çıxış yolları yoxdur. Hətta deyirlər ki, Qarabağdan əl çəkməsək, Ermənistanın özü təhlükə altındadır”.

Millət vəkili qeyd edib ki, əgər Azərbaycan erməni xalqı ilə müharibə etsə idi, onlar Gəncəyə, Bərdəyə, Tərtərə raketlər atanda bunun cavabı verilərdi:

“Tərtərə 10 mindən artıq raket atıldı. Əgər biz erməni xalqı ilə müharibə etsə idik, Əskəranı, Ağdərəni, Xankəndini şumlayardıq. Azərbaycan dinc əhalinin yaşadığı yerləri atəşə tutmayıb ki. Terrorçular isə Qarabağdan çıxmalıdır. Bu, 10 noyabr bəyanatında da öz əksinir tapıb. Sülhməramlılar hələ bu öhdəliklərini yerinə yetirmirlər.
Eyni zamanda azərbaycanlılar da öz torpaqlarına, Xocalıya, Ağdərənin Sırxavənd, Narınclar, Umudlu kəndlərinə qayıtmalıdırlar.

Ermənilər necə orada yaşayırlarsa, bizim əhalini də ora qaytarmalıdırlar. Daha sonra ermənilərin vətəndaşlığından danışmaq olar. Yoxsa, onlara indidən vətəndaşlıq verək, qalıb kef eləsinlər? Mən niyə gedə bilməyim, Umudluya, Kolanıya, Sırxavəndə? İlk növbədə sülhməramlılar buna şərait yaratmalıdır”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO