XİN Azərbaycan diplomatlarına qarşı terror çağırışına münasibət bildirdi

XİN Azərbaycan diplomatlarına qarşı terror çağırışına münasibət bildirdi

Hazırda oxunan: XİN Azərbaycan diplomatlarına qarşı terror çağırışına münasibət bildirdi

875

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən Azərbaycan diplomatlarına qarşı terror çağırışlarının yayılmasına münasibət bildirib.

Bizim.Media-nın xəbərinə görə, L. Abdullayeva bildirib ki,  son günlər sosial şəbəkələrdə erməni istifadəçiləri Azərbaycan və Türkiyə diplomatlara qarşı həyati təhlükəli çağırışlar edirlər. O bu cür çağırışları erməni qüvvələrinin terrorçu xisləti kimi dəyərləndirib.

“Təəssüflə bildirmək istərdik ki, tarix boyu radikal erməni qruplarının istifadə etdiyi terrorçuluq, hətta Ermənistanda dövlət səviyyəsində dəstəklənir. Hər kəsə yaxşı bəllidir ki, ASALA və digər erməni terror təşkilatları 1970-1980-ci illərdə dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törətmiş və bunların arasında 24 türk diplomatı qətlə yetirilib. 1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonunun işğalı prosesində Ermənistan tərəfindən ölkəmizin müxtəlif yerlərində terror vasitələrindən geniş istifadə edib”.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO