“Türkiyə və Rusiya Azərbaycanın haqlı mövqeyində həmfikirdirlər” – POLİTOLOQ 

“Türkiyə və Rusiya Azərbaycanın haqlı mövqeyində həmfikirdirlər” – POLİTOLOQ 

Hazırda oxunan: “Türkiyə və Rusiya Azərbaycanın haqlı mövqeyində həmfikirdirlər” – POLİTOLOQ 

87491

“Regionda baş verən müərəkkəb siyasi proseslər fonunda Türkiyə-Rusiya münasibətlərində yaxınlaşmanın baş verməsi bir neçə məqamdan dünya və eləcə də Azərbaycan üçün önəmlidir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev səsləndirib.

Politoloqun sözlərinə görə, Türkiyə-Rusiya münasibətlərinin yaxınlaşması öz növbəsində Azərbaycan üçün strateji və diplomatik baxımdan olduqca vacibdir:
 

MÖVZU İLƏ BAĞLI:

“Zəngəzur məsələsi Ermənistanın rəyi soruşulmadan həll edilə bilər” – Politoloq 


“Görüş öncəsi Azərbaycanın Qarbağda "Qisas" anti-terror əməliyyatını keçirməsi və əməliyyatdan sonra Xankəndində Rusiya sülhməramlı qüvvələrinin yerli ermənilərlə görüşü zamanı Azərbaycana qarşı hər hansı bir təsiredici mexanizmlərin olmamasının etiraf edilməsi ondan xəbər verir ki, hər iki ölkə arasında Azərbaycanın haqlı mövqeyinə uyğun fikir birliyi mövcuddur.

Düzdür, burada Ermənistanın Qərbə yönəlməsi faktoru da öz işini görür, amma görünən odur ki, Azərbaycanın bölgə üzrə maraqlarının tam şəkildə müdafiəsi fikir ayrılığına səbəb olmayıb”.
Müsahibimizin fikrincə, Türkiyə-Rusiya münasibətlərinin inkişafının yüksələn xətt üzrə getməsini son Soçi görüşündə səslənən fikirlərindən də aydın sezmək olar: 

“Belə ki, hər iki ölkə başçısı əsasən iqtisadi notlara üstünlük verdi. Bu heç də təsadüfi deyil. Qarşıdan qış aylarının gəlməsini nəzərə alaraq Avropanın qaza olan ehtiyacının artması, Şimal axınının bloklandığı şəraitdə Türk axının gücünün artırılması və iqtisadi əməliyyatlarda rublun çəkisinin artması üzrə razılıqlar əldə olunması onu deməyə əsas verir ki, liderlər iqtisadi maraqlar masası üzərində siyasi razılıqlar əldə edə biliblər. 

Türkiyə prezidentinin səfərdən qayıtdıqdan sonra Qarabağla bağlı Azərbaycanın mövqeyini dəstəkləyən bəyanat verməsi də bunu deməyə əsas verir”.

Amid Əliyev əlavə edib ki, regionda sülhün qarantı rolunda çıxış edən Türkiyə və Rusiya münasibətlərinin müsbət məcrada davam etməsi Azərbaycanın milli maraqlarına xidmət etməklə yanaşı siyasi, iqtisadi, diplomatik və hərbi müstəvidə əlavə manevr imkanları da yaradır.
“Azərbaycan da öz növbəsində bu manevrlərdən lazım olan anda istifadə imkanlarını düzgün qiymətləndirməklə istifadə edir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO