Nuru Paşanın Bakıya gəlməsini istəməyən mollaların planı necə iflasa uğradı? – TARİXİ SİRLƏR  

Nuru Paşanın Bakıya gəlməsini istəməyən mollaların planı necə iflasa uğradı? – TARİXİ SİRLƏR  

Hazırda oxunan: Nuru Paşanın Bakıya gəlməsini istəməyən mollaların planı necə iflasa uğradı? – TARİXİ SİRLƏR  

87250

Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa ilə bağlı bəzi tarixi faktlar üzə çıxıb.

Bizim.Media xəbər verir ki, AMEA-nın Elmi Tarixi İnstitutunun elmi katibi, dosent Zaur Əliyev bu barədə araşdırma aparıb.

Məlum olub ki, 1918-ci ilin sentyabrında Nuru Paşanın Bakıya daxil olmasını istəməyən qüvvələr öz məqsədlərinə nail olmaq üçün məzhəb ayrılığı kartından istifadə etməyə çalışıblar:
 

MÖVZU İLƏ BAĞLI:

Nuru Paşa: “Kaş ölərdim, ancaq Azərbaycan türklükdən kənar qalmazdı” - Vəfatından 72 il ötür


“Osmanlı ordusu başda Nuru Paşa olmaqla, Bakını azad edəndə o zaman bolşeviklər və ermənilər bəzi dindarları öyrədib Azərbaycan Cünhuriyyəti dövründə Qafqaz Müsəlmanlarının Şeyxülislamı Ağa Əlizadəyə təzyiq edirdilər ki, fətva versin ki, Osmanlı sünnilər Bakıya daxil olmasın.

Özlərini molla sayan bəziləri Cümhuriyyət rəhbərliyinə və Ağa Əlizadəyə müraciətlər edərək sünni osmanlıların gəlib şiə azərbaycanlıların təriqətini əlindən alacağını deyərək, türk əsgərlərinin Bakıdan təcili çıxmasını tələb edirdilər.

Hətta İrandan və Rusiyadan dindarların adından Cümhuriyyət rəhbərlərinə teleqraflar göndərilirdi. Amma əsl şiə axundu, alimi və üləması Axund Ağa Əlizadə bunları inkar edərək, xalqa müraciət edir ki, sentyabrın 16-da Təzəpir məscidinə gəlib, Nuru Paşa ilə şəxsən görüşüb buna özləri əmin olsunlar.

Nuru Paşanın şiə camesinə münasibətini bilmək üçün onun çıxış edəcəyi minbərə şiəliyin rəmzi olan iki qara ələm sancırlar. Əgər Nuru Paşa bu ələmlərin ordan götürülməsini əmr etsəydi, demək şiələrə münasibətdə Osmanlı paşasının mövqeyi bəlli olacaqdı.

Məscidə gələn Nuru Paşa Ağa Əlizadənin müşayiəti ilə minbərə çıxdı. Cəmi üç pillə qalxdı. Nuru paşa dayanaraq ələmlərdən birindən yapışaraq təmkinlə nitqini söylədi. Nuru Paşa çıxışında sünni-şiə məsələsinin islamda olmadığı, bütün müsəlmanların bir Allaha ibadət etdiklərini qeyd etdi. Bütün dindarlar bu mərasimə heyrətlə baxırdılar.
Paşanın şiə camesinə qarşı bu addımından sonra Axund Ağa Əlizadə üzünü din xadimlərinə tutaraq deyir:

“Allah-Təala müsəlmanları kafirlərdən xilas etmək üçün osmanlı əsgərlərini öz din qardaşlarının köməyinə göndərib”.

Bundan sonra Azərbaycan Cümhuriyyətində Qazilər şurası yaradılır və onun təsiri dövlətin idarəçiliyində mühüm rol oynayır...”

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO