“Sülhməramlıların passivliyinə görə terrorçular əsgərimizə silah tuşlayıb” – POLİTOLOQ 

“Sülhməramlıların passivliyinə görə terrorçular əsgərimizə silah tuşlayıb” – POLİTOLOQ 

Hazırda oxunan: “Sülhməramlıların passivliyinə görə terrorçular əsgərimizə silah tuşlayıb” – POLİTOLOQ 

87128

“Dünən Paşinyanın Naxçıvana quru yolunun açılmasıyla bağlı verdiyi açıqlamalar dünya ictimaiyyətinə hesablanmış blefdən başqa bir şey deyil. O, proses və region haqqında o qədər də bilgisi olmayan güclərə mesaj vermək istəyir ki, Ermənistan guya Azərbaycan-Naxçıvan quru əlaqəsinə şərait yaratmaq istəyir”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Rus sülhməramlılarının səlahiyyətlərinin artıb, azalması Azərbaycandan asılıdır” - Tofiq Zülfüqarov


Politoloqun sözlərinə görə, Paşinyan təhlükəsizlik şurasının dünənki iclasında çıxışı zamanı hansısa uydurma yeni marşrutlar haqqında fikirlər səsləndirdi:

“Ermənistan məğlub tərəf kimi qalib Azərbaycanın diqtə etdiyi şərtləri yerinə yetirməlidir. Onlardan biri də, ən qısa zamanda Zəngəzur dəhlizi reallığının gerçəkləşdirilməsidir. Digər bir məsələ isə Azərbaycanla sülh barəsində Ermənistan rəsmilərinin son zamanlar verdiyi açıqlamalardır. Hesab edirəm ki, bu çıxışların çoxu daxili auditoriyaya hesablanıb. 

Laçın dəhlizilə bağlı gərginliyin də əsas səbəbkarı Ermənistandır. Çünki 10 noyabr bəyanatında Laçın dəhlizinə alternativ yolun istifadəyə verilməsi və dəhlizin Azərbaycanın nəzarətinə verilməsilə bağlı müddəa var. Azərbaycan uzun müddətdir ki, həmin yolun tikintisinə başlayıb, Ermənistana da bu yöndə çağırışlar edib. Amma Ermənistan hakimiyyəti bu məsələdə də öhdəliklərini yerinə yetirməyərək, yol inşasına yeni başlayıb”.

Tural İsmayılov qeyd edib ki, Ermənistanın bu sabotajları təkcə 10 noyabr bəyanatına qarşı deyil, eləcə də Rusiya sülhməramlıları və hərbi rəhbərliyinə qarşı demarş cəhdləridir:

“Rusiya hərbi-siyasi hakimiyyəti də bundan yaxşı məlumatlıdır. Lakin təəssüflər olsun ki, onlar bu məsələdə Ermənistana lazımi təzyiqləri etmir”.

Politoloq Paşinyanın Rusiya sülhməramlılarının fəaliyyətini sorğulayan açıqlamalarına da münasibət bildirib:

“Rusiya sülhməramlıların fəaliyyəti Azərbaycan cəmiyyətində də kifayət qədər qıcıq yaradır. Çünki onlar üzərlərinə düşəni yerinə yetirməyiblər. Hesab edirəm ki, onlar Xankəndində baxça tikmək yerinə, 10 noyabr bəyanatının şərtlərinə əməl edərək Qarabağa müvəqqəti daxil olduqları ilk gündən separatçı quldurları oradan çıxarmalı idilər. Məhz onların passivliyi üzündən terrorçular Azərbaycan əsgərinə silah tuşlayırlar. Ermənistanın sülhməramlılarla bağlı səsləndirdiyi tənqidlər isə səmimi və real deyil.
 

Bu gün Ermənistanın aqressiyasının ən böyük səbəbkarlarından biri Paşinyanın hakimiyyətini dəstəkləyən Qərb imperializmi və Soros fondu olsa da Ermənistanın dövlət olaraq mövcudluğunun yeganə qarantlarından biri Rusiyadır. Rusiya Ermənistandan daim Azərbaycan və Türkiyəyə qarşı istifadə edib.


Bütövlükdə, daim Ermənistanın nazıyla oynayan Rusiya hərbi rəhbərliyinin haqsız mövqeyi Paşinyan tərəfindən dilə gətirilib. Bununla da Paşinyan anti-Rusiya siyasətini bir daha büruzə vermiş oldu. Qarabağda olduqları son 2 il ərzində sülhməramlılar hər iki tərəfi məmnun etməyiblər. Ona görə də, 5 illik müddət başa çatdıqdan sonra, onların bölgədə qalması üçün hər hansı səbəb qalmayıb”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO