“Rus sülhməramlılarının səlahiyyətlərinin artıb, azalması Azərbaycandan asılıdır” - Tofiq Zülfüqarov

“Rus sülhməramlılarının səlahiyyətlərinin artıb, azalması Azərbaycandan asılıdır” - Tofiq Zülfüqarov

Hazırda oxunan: “Rus sülhməramlılarının səlahiyyətlərinin artıb, azalması Azərbaycandan asılıdır” - Tofiq Zülfüqarov

87101

“Hesab edirəm ki, Kolerov ermənilərin ittihamlarına cavab vermək üçün həmin açıqlama ilə çıxış edib. Axı İrəvan bəzi arzu və istəklərini məhz onun vasitəsilə səsləndirir”.

Bunu Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Reqnum”Agentliyinin baş redaktoru Modest Kolerovun Rusiya sülhməramlılarının Qarabağdakı hüquqlarının az olduğu barədə səsləndirdiyi fikrinin nəyə hesablandığına aydınlıq gətirərkən deyib: 
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistanla sülh müqaviləsinin imzalanması yaxın vaxtlarda baş verməyəcək” - Tofiq Zülfüqarov


“Əslində Rusiya sülhməramlılarında beynəlxalq təcrübəyə uyğun olan mandat yoxdur. Onu əvəzləyən 10 noyabr razılaşmasıdır ki, burada da bu və ya digər şəkildə sülhməramlıların vəzifəsi göstərilir. Ermənilər sülhməramlıları bəzi məqamlara müdaxilə etməməkdə, guya Azərbaycan hərbçilərinin fəaliyyətinə hansısa maneələr yaratmamaqda ittiham edir. Məhz bu ittihamlara cavab olaraq Kolerov bildirib ki, sülhməramlıların səlahiyyəti artırılmalıdır. Amma sülhməramlı kontingentin səlahiyyətlərinin artıb, azalması bütün hallarda Azərbaycandan asılıdır. Çünki həmin kontingent öz fəaliyyətini Azərbaycan ərazisində həyata keçirir. 
 

Ermənistanın bu məsələdə iştirakı sadəcə olaraq postkonflikt dövründə olan məsələlərə aiddir. Bu da Ermənistanın hərbi işğala tamamilə son qoyması və Azərbaycan ərazisini tərk etmələrilə bağlıdır. Bakı bu tələbi ortaya qoyub. Sülhməramlılar da istəsələr də, istəməsələr də, bu tələbə əməl etməlidir”. 


Ekspert hesab edir ki, bu sadəcə olaraq Kolerovun rəyidir və təklif kimi irəli sürülə bilər:

“Lakin səslənən bu təklifin hansısa siyasi və hüquqi nəticəsi olmadığından sadəcə olaraq, onun şəxsi bəyanatı kimi qəbul olunmalıdır”.

Bu mənada, həmsöhbətimiz Kalerovun həmin təklifinin Kremldən qaynaqlanması ilə razılaşmır:

“Kalerov Kreml mətbəxindən çoxdan uzaqlaşıb. Burada sadəcə, olaraq onun ermənilərlə olan münasibəti nəzərə alınmalıdır. Belə ki, ermənilər bəzi fikirlərini məhz onun vasitəsilə səsləndirir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO