Qafqaz oyunu:  Rusiya psixoloji savaşa başlayıb

Qafqaz oyunu: Rusiya psixoloji savaşa başlayıb

Hazırda oxunan: Qafqaz oyunu: Rusiya psixoloji savaşa başlayıb

86992
İran məsələsi həllini tapdıqdan sonra Amerikanın əsas hədəflərindən biri Cənubi Qafqazı Rusiya caynağından qurtarmaqdır.   

Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib.   

Onun sözlərinə görə, Azərbaycan və İran Qərbə meqalayihələr üçün lazımdır:  

 “Bu gün həyata keçirilən enerji projeləri, NATO-ya inteqrasiya, Avropa İttifaqına yaxınlıq və s. bütün bunlar bu prosesin tərkib hissəsidir. Rusiya bu prosesin sürətləndiyini görür və prosesdən qaçmaq üçün provokativ siyasətini davam etdirir. Lakin Rusiya da yaxşı bilir ki, bu, müvəqqəti uğur gətirən siyasətdir və bu proses daimi olmayacaq. Qərb Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ məsələsinin həllində maraqlıdır, çünki İran və Azərbaycan üzərindən tranzit kimi istifadə olunaraq meqalayihələr həyata keçiriləcək. Bu layihənin həyata keçməsində maraqlı olmayan tərəf isə Rusiyadır. O isə düşmən ərazi olan Ermənistanda “İsgəndər”x9d raketləri yerləşdirməklə Azərbaycana psixoloji təzyiq edir. Bunlar sadə məsələ deyil, Rusiya tərəfindən Cənubi Qafqazda aparılan böyük psixoloji hərəkatdır. Gördüyümüz kimi, düşmən bizi həm psixoloji, həm siyasi, həm hərbi, həm də iqtisadi cəhətdən işğal etməyə tam hazırdır. Bunlardan qacmaq üçün Qərblə yaxınlaşma mütləqdir”x9d. 

  Qeyd edək ki, dünən İrəvanda keçirdiyi mətbuat konfransında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Qarabağ ətrafındakı yeddi rayonun Azərbaycana qaytarılmalı olduğunu demişdi. Bu, Uorlikin son bir neçə gün ərzində ikinci belə bəyanıtıdır. Bundan öncə o, Rusiyanın “Vedemosti”x9d qəzetinə müsahibəsində də bu fikirləri səsləndirmişdi. Üstəlik, hazırda Cənubi Qafqazda situasiya həddən artıq gərginləşib. Rusiyanın Ermənistanda “İsgəndər”x9d raketlərini yerləşdirməklə bağlı şayiələrin yayılması, rus ordusunun Gürcüstanın iki kəndini Cənubi Osetiyaya birləşdirməsi və Ermənistanın Gürcüstanın cənubunda azərbaycanlılara məxsus bir neçə hektar ərazini öz tərkibinə qatması bölgədə Azərbaycan və Gürcüstan üçün müəyyən çətinliklər yaradıb. Bundan başqa, Bakı-Supsa neft kəmərinin Cənubi Osetiyanın ərazisinə daxil edilməsi ekspertlərin Rusiyanın bu fəaliyyətini dayandırmayacağını və Tiflisi daim provokasiyalara sövq edəcəyi ilə bağlı fikirlər səsləndirməsinə səbəb olub. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO