Fərid Şəfiyev: “Ermənistan sülh istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü şərtsiz tanımalıdır”

Fərid Şəfiyev: “Ermənistan sülh istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü şərtsiz tanımalıdır”

Hazırda oxunan: Fərid Şəfiyev: “Ermənistan sülh istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü şərtsiz tanımalıdır”

86963

“Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxış edərək yenidən Azərbaycana qarşı separatçılıq iddiaları irəli sürüb.  

Baş nazirin sözlərinə görə, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda “Dağlıq Qarabağ” müəyyən edilib. Bəyanat isə sadəcə, Rusiya sülhməramlı kontingentinin yerləşdirilməli olduğu ərazini müəyyənləşdirib”.  
 

MÖVZU İLƏ BAĞLI:

Fərid Şəfiyevdən erməni separatçılarının Qarabağdan çıxarılmasına MÜNASİBƏT 


Bizim.Media xəbər verir ki, bu fikirlər Ermənistan ilə Azərbaycan arasında son hadisələr və sülh prosesi ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin “Azərtac”a şərhində yer alıb.

O qeyd edib ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir:  

“Əgər Ermənistan sülh istəyirsə, ilkin şərt və istisnalar olmadan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bundan əlavə, Nikol Paşınyan bildirib ki, Ermənistan və Rusiya Azərbaycanın ərazisində yerləşdirilən Rusiya sülhməramlı kontingentinin mandatı ilə bağlı ikitərəfli razılaşma imzalayıb.  

Mandatı Rusiya Azərbaycanla razılaşdırmalıdır və təəssüf ki, Rusiya bu prosesdə konstruktiv deyil. Bütün erməni birləşmələrinin (nizami, nizamsız və s.) tam çıxarılmasının şərtləri üçtərəfli Bəyanatın 4-cü bəndinə əsasən tam yerinə yetirilməlidir”. 

F.Şəfiyev daha sonra deyib:  

“Laçın dəhlizinə gəlincə, yeni marşrut eyni bəyanata uyğun olaraq 3 il ərzində hazır olmalıdır. Azərbaycan qoyulan müddətdən əvvəl şərtləri yerinə yetirir. Ermənistan indiyədək istənilən proseslərə maneçilik törədib.

Bütün istiqamətlərdə demək olar ki, konkret irəliləyiş qeydə alınmayıb. Ermənistan prosesi qeyri-müəyyən müddətə təxirə salmaq taktikasına əl atır və geosiyasi hadisələrin öz xeyrinə dönüşünü gözləyir.

Oxşar taktika 2-ci Qarabağ müharibəsindən əvvəl də tətbiq edilmişdi və uğursuzluqla nəticələnmişdi”. 

İndiyə qədər Ermənistanla Azərbaycan arasında danışıqlarda hər bir irəliləyişin Azərbaycanın təşəbbüsü və təzyiqi ilə əldə edildiyini bildirən F.Şəfiyev diqqətə çatdırıb ki, ölkəmizin təklif etdiyi beş bənd sülh prosesinin irəliləməsi üçün vacibdir: 

“BMTM-in İdarə Heyətinin sədri sülh prosesi üçün 4 əsas istiqamətin mövcud olduğunu qeyd edib: 

1. Ermənistan və Azərbaycanın ərazi bütövlüyünə (təbii ki, Qarabağ regionu Azərbaycanın tərkibi kimi qəbul edilməklə) əsaslanan sülh müqaviləsi və gələcəkdə ərazi iddialardan imtina; 

2. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası; 

3. Nəqliyyat-kommunikasiya xətlərinin açılması və iqtisadi inteqrasiya; 

4. Humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, itkin düşmüş şəxslər, əsirlər, mədəni irs (həm Ermənistan, həm də Azərbaycanda), iki etnik qrup arasında barışıq, qaçqın və məcburi köçkünlərin geri qaytarılması və s. məsələlər. 

Vurğulanıb ki, bununla yanaşı, 10 noyabr Bəyanatında əks olunmuş və yekunlaşmamış bəzi məsələlər həll olunmamış qalır: 

1. Nizamlı və nizamsız bütün erməni silahlı birləşmələrin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarından çıxarılması; 

2. Azərbaycanın qərb regionu və Naxçıvan (Zəngəzur dəhlizi) arasında dəhlizin açılması, yeni Laçın dəhlizinin açılması; 

3. Laçın və digər yaşayış məskənlərinin Azərbaycanın nəzarətinə qaytarılması”. 

O həmçinin burğulayıb ki, Qarabağ ermənilərinin Azərbaycan Konstitusiyasında təsbit olunmuş hüquqları təmin edilməklə hüquqi, iqtisadi və digər sahələrdə Azərbaycan cəmiyyətinə reinteqrasiyası ölkəmizin daxili məsələsidir.
Bu proseslər öz növbəsində qlobal və regional aktorlar tərəfindən dəstəklənən gələcək Cənubi Qafqaz regional əməkdaşlıq çərçivəsi ilə gücləndirilə bilər: 

“Münaqişə ilə bağlı gündəmi canlandırmaq (məsələn, ATƏT MQ) və müxtəlif formalarda ərazi iddialarını təşviq etmək cəhdləri prosesləri çıxılmaz dalana və gələcək müharibəyə gətirib çıxaracaq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO