Prezident bu idmançı və məşqçiləri mükafatlandırdı

Prezident bu idmançı və məşqçiləri mükafatlandırdı

Hazırda oxunan: Prezident bu idmançı və məşqçiləri mükafatlandırdı

86797

Prezident İlham Əliyev Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən XVI Avropa Gənclər Yay Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, sərəncamla festivalda ən yüksək nəticə göstərən Azərbaycan idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılıblar:

- birinci yeri tutan hər bir idmançı – 10 000 manat, onun şəxsi məşqçisi – 5000 manat;

- ikinci yeri tutan hər bir idmançı – 7000 manat, onun şəxsi məşqçisi – 3500 manat;

- üçüncü yeri tutan hər bir idmançı – 5000 manat, onun şəxsi məşqçisi – 2500 manat;

- komandanın baş məşqçisi – idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO