Rusiya MN-dən ölkəmizə qarşı NÖVBƏTİ TƏXRİBAT – “Sentyabra qədər...” – FOTOFAKT 

Rusiya MN-dən ölkəmizə qarşı NÖVBƏTİ TƏXRİBAT – “Sentyabra qədər...” – FOTOFAKT 

Hazırda oxunan: Rusiya MN-dən ölkəmizə qarşı NÖVBƏTİ TƏXRİBAT – “Sentyabra qədər...” – FOTOFAKT 

86791

Rusiya Müdafiə Nazirliyi tərəfindən Azərbaycana qarşı növbəti təxribat xarakterli paylaşım edilib.

Belə ki, nazirliyin rəsmi saytında Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı dərc olunan gündəlik bülletendə rus hərbçilərinin xidmət ərazisi kimi yenə də Dağlıq Qarabağ ifadəsindən istifadə olunub. 

Bu azmış kimi Rusiya MN hadisə nəticəsində “Dağlıq Qarabağ silahlı birləşmələrinin nümayəndəsi”nin yaralandığını yazıb. Nazirliyin iddiasına görə, guya atəşkəs də Azərbaycan Silahlı Qüvvələri tərəfindən pozulub. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin sözlərinə görə, Rusiya tərəfindən uzun müddətdir ki, bu cür təbliğat aparılır:

“Əvvəllər üstüörtülü şəkildə ermənilərin etdikləri malalanırdısa, indi artıq bu, açıq müstəviyə keçib. Rusiyanın bütün dünyada vəziyyəti necə gərginləşdirdiyi, Ukraynada törətdikləri göz qabağındadır. Moskva sanki bu əməllərini Cənubi Qafqazda ermənilərin əlilə təkrarlamaq istəyir. Eyni zamanda Zakir Həsənov və Şoyqunun danışığı da qeyri-konstruktiv formada keçib və onlar bizə, öz ərazimizdə hansısa atəşkəsi pozmaq barədə tövsiyyə verməyə çalışıblar. Bu, başdan-ayağa təxribat və provokasiyadır. Ona görə də, Azərbaycan tərəfi bütün bunlara XİN-in bəyanatı ilə cavab verib”.

Politoloq bu gün Laçın istiqamətində bir hərbi qulluqçumuzun şəhid olmasıyla nəticələnən düşmən hücumunun da ermənilərin ruslardan ilhamlanması nəticəsində baş verdiyini bildirib:

“Rusiya beynəlxalq münasibətlərdə oynadığı pozucu rolu davam etdirənə qədər, post-sovet məkanında dinclik olmayacaq. Ona görə də, biz var gücümüzlə çalışmalıyıq ki, nizamasalma prosesinə Moskvanın müdaxiləsini minimuma endirək. Üstəlik Qərb ölkələri ilə təmaslar yaradaraq, Kremlin lakeyinə çevrilmiş Ermənistandakı rus hərbi bazaları ilə bağlı müəyyən tədbirlərin görülməsinə də nail olaq. Bunu Qərb də istəyir. Hal-hazırda isə Ermənistan ordu hissələrinin Qarabağın dağlıq hissəsindən sentyabr ayına qədər çıxarılmasını gözləyirik. Ona qədər Rusiyanın da mövqeləri zəifləyəcək və Azərbaycan üçün bölgədə həllini gözləyən məsələləri yoluna qoymaq üçün daha geniş perspektivlər açılacaq”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO