ABŞ Ukraynada itirdiklərinə görə Çini cəzalandırır? – Fərhad Məmmədov

ABŞ Ukraynada itirdiklərinə görə Çini cəzalandırır? – Fərhad Məmmədov

Hazırda oxunan: ABŞ Ukraynada itirdiklərinə görə Çini cəzalandırır? – Fərhad Məmmədov

86752

ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana məlum səfərinin ilğımı hələ çəkilməyib. Tərəflər qarışıq, dünyada qəribə gərginlik hökm sürməkdədir. İndi Çin tərfindən konkret müharibə zənginin çalınması gözlənilməsə də hər kəs düşünür ki, Pekin Pelosinin səfərinə cavab olaraq hansı addımları atacaq? 

Bunun özünü haradasa biruzə verəcəyi şübhəsizdir, amma necə? Və yaxud yaşanan gərginlik yekun olaraq bölgədə yeni müharibə ocağının alovlanmasına gətirib çıxara bilərmi? 

Məsələni Bizim.Media-ya şərh edən siyasi şərhçi Fərhad Məmmədovun fikrincə, Pekin ABŞ-la müharibə aparmağa indilikdə hazır deyil:
 

MÖVZU İLƏ BAĞLI:

Çin lideri: "ABŞ-ın bircə təxribatını belə qaçırmamaq üçün..."


“Görünən odur ki, yaranmış vəziyyətə baxmayaraq Çin müharibəyə başlamadı. Sadəcə güc nümayiş etdirir. Ada ətrafında böyük hərbi təlimlərə start verib. Çin Kommunist Partiyasının payızda növbəti qurultayı gözlənilir. Hansı ki, burada Szinpinin üçüncü dəfə rəhbər posta seçilməsi gözlənilir. Nəticədə Çinin 50 illik tarixində ilk dəfə olaraq bir liderin hakimiyyət olimpində üçüncü dönəmə getməsinin şahidi ola bilərik. Bu da onu göstərir ki, Çinin strategiyası uzun müddətlidir. Çin ABŞ-la açıq müharibəyə girməyə hələ hazır deyil. Bunu Pelosinin səfəri fonunda dünənki hərəkətsizliyilə də nümayiş etdirdi. ABŞ özü də böyük müharibənin olmasını istəmir. Burada birbaşa müharibə olduğu üçün ABŞ da çəkinəcək”. 

Həmsöhbətimiz qeyd edir ki, Pelosinin adaya səfərilə Vaşinqton Pekinə gücün hüququnun işlədiyini və bu dönəmdə hələlik güclü tərəfin ABŞ olduğunu göstərdi: 

“Ukrayna hadisələri fonunda beynəlxalq hüquq və iqtisadi baxımdan ən çox mənfəət əldə edən Çindir. İtirən Rusiya, Avropa və müəyyən dərədəcə də ABŞ-dır. Belə olan halda ABŞ Çinin digərlərilə müqayisədə prosesdən daha uğurlu çıxmasına imkan verməz. Dünənki təxribat da məhz buna xidmət edirdi”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO