“Hava limanının inşası turistlərin sayını artıracaq” - DEPUTAT

“Hava limanının inşası turistlərin sayını artıracaq” - DEPUTAT

Hazırda oxunan: “Hava limanının inşası turistlərin sayını artıracaq” - DEPUTAT

8670

“Füzuli rayonunda beynəlxalq hava limanının inşası və yaxın gələcəkdə istifadəyə verilməsi işğaldan azad edilmiş ərazilərin inkişafı baxımından vacib layihələrdən hesab olunur. Bu hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından yeni imkanlar yaradacaq”.

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət və Sahibkarlı Komitəsinin üzvü, iqtisadçı Vüqar Bayramov “Facebook” səhifəsində qeyd edib. Deputatın sözlərinə görə Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur:

“Füzulidə hava limanının tikilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilsinlər. Bu amil işğaldan azad edilmiş ərazilərimizə gələcək turistlərin sayına müsbət təsir göstərəcək və daha çox turistin ölkəmizə gəlməsinə imkan yaradacaq".

"Eyni zamanda hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxmından vacibdir”.

Deputat onu da əlavə edib ki, Füzuli rayonuda formalaşdırılacaq infrastruktur Azərbaycanın Qərb bölgəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək nəqliyyat dəhlizinin bir elementinə çevriləcək:

“Bu dəhliz isə “Şərq-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizinə inteqrasiya olunacaq. Bu isə Füzuli rayonundakı hava limanın əhəmiyyətini daha da artıracaq. Hava limanının inşası eyni zamanda xarici investisiyanın cəlb edilməsi baxımdan da vacib hesab olunur və nəticədə Qarabağımıza daha çox sərmayənin yönəldilməsi müşahidə edəcəyik”.

Qeyd edək ki, ötən gün işğaldan azad edilmiş ərazilərimizə səfər edən Azərbaycan Prezidenti cənab İlham Əliyev Füzuli rayonunda hava limanının təməlini qoyub.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO