Ermənistanın rusların dəstəyi və iştirakı ilə qədim Azərbaycan torpaqlarında dövlət yaratdıqları gün kimi hər kəsə aydındır. Bununla bağlı kifayət qədər faktlar, sübutlar var. Amma bu məsələdə digər dövlətlərin də əlbirliyini hər kəs bilmir.
Bizim.Media qədim Azərbaycan torpaqlarının erməniləşdirilməsində iştirak edən daha bir dövlət haqqında fotofakt əldə edib.
Tarixdən bilirik ki, Böyük Vətən Müharibəsi qurtarandan həmən sonra Anastas Mikoyanın təşəbbüsü və İosif Stalinin xeyir-duası ilə 200 mindən artıq azərbaycanlı Qərbi Zəngəzur və Göycə mahalından çıxarıldı.
Ən pisi də odur ki, bu insanlara köçmək üçün ən xırda hüquq belə tanınmadı. Uşaqlı-böyüklü, qocalı-qadınlı 200 mindən artıq insan yük vaqonlarına doldurularaq Azərbaycanın Mil-Muğan, Kür-Araz ovalıqlarına göndərildi.
Minlərlə soydaşımız ilan mələyən çöllərdə tələf oldu. Hələ indi də bu çöllərdən insanlarımızın sümükləri aşkarlanır.
Çox maraqlıdır ki, bu qanlı cinayətlə paralel Kremli daha bir absurd qərar verdi. Guya ki, Ermənistanda işçi qüvvəsi çatışmır. Bundan ötrü Fransa ilə təcili yazışmalara başlanıldı.
Bundan sonra xarici ölkələrdən Ermənistana kütləvi şəkildə erməni ailələrinin köçürülməsinə başlanıldı. Təqdim olunan sənəddə qeyd olunur ki, Ermənistanda işçi qüvvəsi ehtiyatı yaratmaq məqsədi ilə Fransadan 23 min erməni köçürülür. Bütün köçrülmə xərclərini isə dövlət öz üzərinə götürür.
Surxay Atakişiyev, Bizim.Media