Aqil Ələsgər: “Əli Həsənovun adamları hələ də vəzifələrində oturublar” - VİDEO

Aqil Ələsgər: “Əli Həsənovun adamları hələ də vəzifələrində oturublar” - VİDEO

Hazırda oxunan: Aqil Ələsgər: “Əli Həsənovun adamları hələ də vəzifələrində oturublar” - VİDEO

8597

“Əli Həsənov, istərsə də Ramiz Mehdiyev Azərbaycan mətbuatını Məhəmmədhəsən kişinin eşşəyinin quyruğuna bağlayaraq 10-12 il bu şəkildə süründürdülər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Yeni Çağ” media qrupun rəhbəri Aqil Ələsgər “editortv”də Fərid Şahbazlı ilə KİVDF-nin keçmiş rəhbəri Vüqar Səfərlinin həbsini müzakirə edərkən dilə gətirdi.

Aqil Ələsgər əlavə etdi ki, “onların Azərbaycan mətbuatına ən böyük zərbəsi Vüqar Səfərli adlı yaramazı orada saxlamaqları idi. Onun vasitəsilə Azərbaycan mətbuatını təhqir edirdilər. Ramiz Mehdiyev deyir ki, Azərbaycan mətbuatı niyə belədir?”
 

MÖVZU İLƏ BAĞLI:

Əli Həsənovun sağ əli Vuqar Səfərli həbs olundu - RƏSMİ

Jurnalistlər Vüqar Səfərlinin həbsini belə qarşıladılar – Vüqar həbs edildi, Əli haradadır?


Bu suala cavab olaraq proqramın aparıcısı da, qonaq qismində olan jurnalist də “Ramiz Mehdiyev, bu şəxsən sənin əsərindir”, dedilər. 

''Az sayda insan bilir ki, əslində Vüqar Səfərli KİVDF sədri olmaq istəmirdi. O, icra başçısı olmaq üçün Ramiz Mehdiyevə külli miqdarda vəsait verib, həmin pulun müqabilində isə onu müvafiq fonda sədr qoyublar''.

''Bu təyinatla onlar mətbuatımızı xədim (axtalanmış) ediblər. Vaxtı ilə Əli Həsənovun qabağına qaçanlar yenə mətbuatda ön sırada otururlar''.

Fərid Şahbazlı qonağının sözünə əlavə kimi, Əli Həsənovun qapısında yatanlardan bəzilərinin hələ də Prezident Adminstrasiyasında çalşdığını bildirib. 

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO