''Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcəkdir. Artıq bu ildən başlayaraq göstəriş verildi. Şəhid ailələri üçün müavinət 300 manatdan 500 manata qaldırıldı və daim o ailələr diqqət mərkəzində olacaqlar''.
Bizim.Media-nın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əlyev Şuşada hərbçilərlə görüşündə belə deyib.
MÖVZU İLƏ BAĞLI:
''İki qardaş'' - Prezident avtomobilini Ərdoğanın posteri qarşısında saxladı
İlham Əliyev yaralı qazilərin reablitası məsləsinin də həllini tapacağını vurğulayıb.
''Birinci Qarabağ müharibəsində həlak olmuş 9 min şəhidin ailəsinə dövlət artıq mənzillər, evlər vermişdir. Yaralı hərbçilərimiz dövlət tərəfindən qayğı ilə əhatə olunub. Əlil olmuş hərbçilərin reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi məsələsi öz həllini tapacaq'',- deyə prezident əlavə edib.
Dövlət başçısı azərbaycanlıların Şuşada əbədi yaşayacaqlarını vurğulayıb:
''Biz qalib xalqıq. Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm.
Bax, bu gün, yanvarın 14-də yenə də buradayıq. Bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm.
Düşmənin belini qıran Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq!''
Bizim.Media