“Türkiyə-Azərbaycan münasibətləri digər ölkələr arasında olan münasibətlərlə müqayisə edilə bilməz”.
Bunu jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop deyib.
Onun sözlərinə görə, bu münasibətlər tarix boyu çox yüksək səviyyədə olub.
Sədr bildirib ki, əsrin əvvəlində Türkiyənin 34 şəhərindən insanlar burada döyüşüb:
“Türkiyədən bura gələn və döyüşüb şəhid olanların abidələri var. Bu gün Azərbaycanın işğal altındakı ərazilərini azad etmək üçün apardığı savaş Türkiyədə ən azı Azərbaycan vətəndaşları qədər həyəcanla izlənilir”.