İndi ermənilər Şuşanı Azərbaycan Prezidentinin “Twitter”ndən izləyirlər

İndi ermənilər Şuşanı Azərbaycan Prezidentinin “Twitter”ndən izləyirlər

Hazırda oxunan: İndi ermənilər Şuşanı Azərbaycan Prezidentinin “Twitter”ndən izləyirlər

8579

Vaxtı ilə Şuşada yallı gedən Nikol Paşinyan hazırda qaçmağa yer axtarır. Arvadı isə uşaqlarını da götürərək Moskvaya qaçıb. Nikolun özü də İrəvanda qaçqın həyatını yaşayır, qorxusundan küçəyə çıxa bilmir.

Azərbaycanın qalib ordusunun qalib sərkərdəsi İlham Əliyev işğaldan azad edilən Füzuli, Xocavənd rayonlarından keçərək Şuşaya gedir. 

Zaman kimin güclü, kimin zəif olduğunu bir daha göstərdi. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident ailəsi ilə Cıdır düzündə: "Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun" - VİDEO

İlham Əliyev: "Ağdam məscidinin əsaslı təmirinə başlanıldı"


Azərbaycan xalqının fərəh hissi keçirdiyi məqamlar: 

44 günlük savaş ərzində Azərbaycanın Ali Baş Komandanı ölkəmizin gücünü nümayiş etdirərək 30 ilə yaxın sürən işğalın qarşısını aldı. Vətən müharibəsindən öncə İrəvandan səslənən bəzi fikirlər xalqımızın hər bir nümayəndəsini hiddətləndirirdi. Hazırda Zəngəzur narahatlığı keçirən Ermənistan hökuməti ötən ilin 27 sentyabrınadək yeni ərazilər iddiasında idi. 

Vaxt var idi ki, Ermənistanın baş naziri Nikol Paşinyan Şuşadakı qondarma rejimin üzvləri ilə “Cıdır düzü”ndə yallı oynayırdı. Amma indi Şuşaya tamaşa etmək istəyən bütün ermənilər kimi Nikol da Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın “Twitter” hesablarını izləyirlər. 

Bu səbəbdən də Nikol 2020-ci il noyabrın 25-dən bu yana özünün Tvitter hesabında heç nə paylaşmayıb. 

Azərbaycanın tarixi torpaqları olan Qarabağda hərbi forma və “su fisqırdan” avtomatla fotosessiya etdirən Anna Akopyan hardadır? Özünə “sülh quşu” deyən Ermənistan “ledi”si harada sülənir? Doğrudanmı Moskavaya qaçıb?

Bu gün müxtəlif ölkələrin sosial şəbəkə istifadəçiləri Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tvitter hesabını izləyir. Çünki Mehriban Əliyeva ölkə başçısı ilə Şuşaya səfərini əks etdirən paylaşımlar edir. 

Diqqət etsəniz, prezident İlham Əliyev hakimiyyətdə olduğu hər yeni gündə xalqın qarşısına daha qürurlu, daha məğrur formada çıxır. Azərbaycan vətəndaşları onun atdığı addımların və verdiyi qərarların bəhrəsini görür.

Nikol Paşinyanın gördüyü isə kabinetindəki divarlardır. Ovcu ilə alnını sıxaraq divara baxır, guya belə etməklə Ermənistanın dərdini çəkir.

Ermənistanın dərdi isə ağırdır. Heç o dərdi qardaş hesab etdiyi nə İran, nə də Rusiya çəkə bilər. Onların qatarları çoxdan gedib.

Yeri gəlmişkən, Şuşaya da qatarla gedəcəyik. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO