“Blinken, Börns, İmam Xomeni və “Astana üçlüyü”... diplomatiyanın “ölü” tətil mövsümü ərəfəsində bölgəmizdə hansı aktivlik var? Mövqe fərqlərinə baxmayaraq, onları birləşdirən nədir? Demək olar ki, Zəngəzur”.
Bizim.Media xəbər verir ki, bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov öz sosial şəbəkə hesabından yazıb.
Keçmiş nazir regionda baş verən siyasi hərəkətləri bu cür şərh edib:
- Rusiya üçün Qərb qapalıdır və buna görə də Cənub və Şərq siyasi və iqtisadi fəaliyyət üçün qalır. Əgər bu fəaliyyət bizim vasitəmizlə, cənubdan keçirsə, və məsələ iqtisadidirsə, bu, ilk növbədə dəmir yolunun açılmasıdır. Bu da bizim əlimizdə olan vasitədir.
- Rusiya üçün bu istiqamətdə əsas potensial tərəfdaşlar Türkiyə və İran, gələcəkdə isə Fars körfəzi ölkələri, Pakistan və Hindistandır. Buna görə də Qərbi Zəngəzur və Naxçıvandan keçən dəmir yolu strateji əhəmiyyət kəsb edir.
- Ermənistan Qərbə gedir və bu, onun yeganə çıxış yoludur ki, tarixi perspektivdə Türkiyə və Azərbaycandan tam asılılığa düşməsin.
- Görünən odur ki, Rusiya bununla razılaşmaq məcburiyyətində qalacaq, amma sual yaranır ki, Qərbin Ermənistanda, ən əsası isə Zəngəzurda peyda olması Rusiya, Azərbaycan və Türkiyəyə, gələcəkdə İrana lazımdırmı?
Tofiq Zülfüqarov əlavə edib ki, Zəngəzursuz Ermənistanın Qərbə çəkilmə perspektivi böyük ehtimaldır:
“Hansı ssenarini soruşursunuz? Zəngəzura sülhməramlı qüvvələrin yerləşdirilməsi ideyası barədə nə düşünürsünüz?
Ona görə də mənə elə gəlir ki, biz böyük hadisələrin astanasındayıq....”
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:45 / 26.07.2022
“Böyük siyasi hadisələrin astanasındayıq” – Tofiq Zülfüqarov
Hazırda oxunan: “Böyük siyasi hadisələrin astanasındayıq” – Tofiq Zülfüqarov
Hazırda oxunan: “Böyük siyasi hadisələrin astanasındayıq” – Tofiq Zülfüqarov
85533
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.