18 oktyabr - humanitar atəşkəsin birinci günü, saat 00.00-dan etibarən Ermənistan silahlı qüvvələri mülki şəxslərə və mülki obyektlərə raket zərbəsi endirib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter" səhifəsində belə paylaşım edib. Hikmət Hacıyev bildirib ki, Ermənistan ordusu tərəfindən 5 rayona 229 mərmi atılıb.
“Tərtərə 160, Ağdama 63, Goranboya 6...;
- 3 raket hücumu: 1 Xızı rayonuna, 2 Ağcabədidəki Poladlı kəndinə;
- 1 dron hücum“.