İyulun 25-də Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammitinin açılış mərasimi keçirilir.
Bizim.Media xəbər verir ki, Sammitdə Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkənin gənc nümayəndələri iştirak edirlər.
Açılış mərasimində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sammit iştirakçılarına müraciətini oxuyub.
Sammitdə ötən ilin noyabrında təsis olunmuş Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin beynəlxalq təşkilata çevrilməsi məsələsi müzakirə ediləcək.
Bu məsələdə müvafiq razılıq əldə olunarsa, Şəbəkənin Təşkilata çevrilməsi, eləcə də yaranacaq qurumun loqosunun və bayrağının təsdiqlənməsi barədə qərarın qəbul edilməsi gözlənilir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:20 / 25.07.2022
Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilir
Hazırda oxunan: Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilir
Hazırda oxunan: Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilir
85276
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.