Gömrük Komitəsinin sədri Əlcəzair səfiri ilə görüşüb

Gömrük Komitəsinin sədri Əlcəzair səfiri ilə görüşüb

Hazırda oxunan: Gömrük Komitəsinin sədri Əlcəzair səfiri ilə görüşüb

8489

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Əlcəzairin Azərbaycandakı səfiri xanım Salima Abdelhak ilə görüşüb.

Dövlət Gömrük Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, S.Mehdiyev Əlcəzair-Azərbaycan münasibətlərindən bəhs edib və əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Sədr son illər gömrük sistemindəki islahatlar barədə məlumat verib. Deyib ki, əməkdaşların potensialının gücləndirilməsi, informasiya texnologiyalarının geniş tətbiqi, qabaqcıl təcrübələrə əsaslanan layihələrin reallaşdırılması fiskal sahə ilə yanaşı, qaçaqmalçılıqla mübarizə, şəffaflığın təmin olunması, ticarətin asanlaşdırılması, sərhədkeçmə proseslərinin sürətləndirilməsi istiqamətində mühüm uğurların əldə edilməsinə şərait yaradıb.

Komitə sədri iki ölkənin gömrük orqanları arasındakı əlaqələrin gələcək perspektivlərindən danışıb və əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

S.Abdelhak Azərbaycanın Vətən müharibəsindəki qələbəsi münasibətilə təbriklərini çatdırıb və ölkələrimiz arasındakı münasibətlərdən məmnunluqla bəhs edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO