Sahibə Qafarova

Sahibə Qafarova "Baykar" şirkətini ziyarət etdi - FOTO

Hazırda oxunan: Sahibə Qafarova "Baykar" şirkətini ziyarət etdi - FOTO

84816

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri  Mustafa Şəntop, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Pakistan Milli Məclisinin sədri Raza Pərviz ƏşrƏf "Baykar" şirkəti ilə tanış olublar.

Bu barədə Bizim.Media-ya “Baykar Savunma” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Sahibə Qafarova Mustafa Şentopla görüşdü - YENİLƏNİB/FOTO 


Bildirilib ki, Türkiyə, Azərbaycan və Pakistan “Üçlü Assambleyası Başçılarının İkinci Toplantısı” üçün İstanbulda bir araya gələn sədrlər daha sonra Özdəmir Bayraqdar Milli Texnologiya Mərkəzini ziyarət ediblər.  

Səfər çərçivəsində Assambleyanın sədrləri "Baykar" tərəfindən milli və xüsusi olaraq hazırlanmış S/PUA-lar haqqında məlumat alıblar.

Ziyarətin şərəfinə spikerlərə "Bayraktar AKINCI TİHA"  modeli təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO