İlham Əliyev: \

İlham Əliyev: \"Bu dostluq gələcəkdə güclənəcək\"

Hazırda oxunan: İlham Əliyev: \"Bu dostluq gələcəkdə güclənəcək\"

84804

"Bolqarıstan ilə Azərbaycan strateji tərəfdaşdırlar".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov ilə təkbətək görüşü zamanı deyib.

"Biz nisbətən yaxın vaxtda müvafiq Bəyannaməni imzalamışıq. Bir sözlə, bu, olduqca yüksək səviyyəli əməkdaşlıqdır. Əlbəttə, strateji əməkdaşlıq bir çox sahələri, o cümlədən enerji təhlükəsizliyini əhatə edir.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Bolqarıstan Baş naziri ilə təkbətək görüşü keçirilir - YENİLƏNİB


Bu mövzu hazırda qlobal gündəliyin ən üstün mövzularından biridir. Bu və digər məsələlər bu gün müzakirə olunacaq. Şadam ki, biz enerji sahəsində aramızda iş birliyini qurmuşuq. Bolqarıstana Cənub Qaz Dəhlizi üzrə artıq birbaşa xətt gedir. Bu, təbii ki, gələcəkdə böyük potensialı olacaq uzunmüddətli əməkdaşlıqdır.

Lakin nəinki enerji, o cümlədən ticarət, sərmayələr, birgə müəssisələrin yaradılması, turizm kimi digər sahələr də var.

Dostlar arasında müzakirə olunacaq sahələr çoxdur. Ölkələrimiz dost ölkələrdir. Əminəm ki, bu dostluq gələcəkdə güclənəcək", - Prezident vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO