Pakistan Azərbaycanla ortaq inanca, tarixi və mədəni əlaqələrə söykənən münasibətlərə yüksək qiymət verir.
Bizim.Media xəbər verir ki, bunu Pakistan Prezidenti Arif Alvi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Pakistan və Azərbaycan XİN rəhbərləri bir arada - Nələr müzakirə edildi?
Prezident ikitərəfli ticarətin genişləndirilməsini və iki qardaş ölkə arasında mədəni əməkdaşlığın daha da inkişaf etdirilməsini vacib sayıb.
“Ümidvaram ki, Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli dialoqun ikinci toplantısının İslamabadda uğurla başa çatması ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verəcək və üç qardaş ölkə arasında yeni əməkdaşlıq yolları açacaq”.
Öz növbəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Pakistan hökumətinə Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyinə görə təşəkkür edib.
O, ölkəsinin bütün beynəlxalq forumlarda Kəşmir məsələsində Pakistanın yanında olmağa davam edəcəyini bildirib.
Bizim.Media