Pakistan və Azərbaycan XİN rəhbərləri bir arada - Nələr müzakirə edildi? 

Pakistan və Azərbaycan XİN rəhbərləri bir arada - Nələr müzakirə edildi? 

Hazırda oxunan: Pakistan və Azərbaycan XİN rəhbərləri bir arada - Nələr müzakirə edildi? 

8464

Pakistanın Xarici İşlər Nazirliyində Azərbaycan və Pakistan nümayəndə heyətləri arasında görüş keçirilib.

Bizim.Media-nın xəbərinə görə, bu barədə Pakistan XİN məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov Pakistanda mühüm görüş keçirdi - FOTO


Pakistanın XİN rəhbəri Mahdum Şah Mahmud Qureşi Azərbaycanla oxşar dini, mədəni dəyərlər əsasında dərin qardaş münasibətlərinin olduğunu deyib.

O, ərazilərimizin Ermənistanın qanunsuz işğalından azad edilməsi münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı beynəlxalq aləmdə Pakistanın aydın mövqe sərgilədiyini əlavə edib.

Pakistanlı nazir  Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək istəyini dilə gətirib.

Danışıqlar zamanı təhsil, mədəniyyət, texnologiya daxil olmaqla iki ölkə arasında iqtisadi-ticarət, müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin müxtəlif aspektləri müzakirə edilib.

Tərəflər quru və hava əlaqələrini genişləndirmək barədə razılığa gəliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO