“Rusiya Sankt-Peterburqdan Fars körfəzinədək olan yolun İran ərazisindəki hissəsini tikməyə hazırdır”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı İranın paytaxtında keçirilən Astana “üçlüyü” görüşünün yekunları üzrə jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, İran istiqamətində infrastrukturun inkişafı baxımından “çox şey etmək olar”. Nümunə olaraq o, İran ərazisindən keçməklə Fars körfəzi və Hindistana yol açacaq qısa marşrutu göstərib.
“Orada söhbət cəmi 146 km-lik hissənin tikintisindən gedir. Rusiya tərəfi bunu çəkməyə hazırdır. Biz bu tikintinin şərtlərini razılaşdırmalıyıq”, - deyə prezident bildirib.
“İranlı tərəfdaşlarımız bunu indi təsdiqləyiblər. Rusiyanın da bu işdə çox marağı var, çünki Sankt-Peterburqdan biz birbaşa Fars körfəzinə gedəcəyik. Çox maraqlı və perspektivli marşrutdur”, - deyə Rusiya dövlətinin başçısı izah edib.
Onun sözlərinə görə, Azərbaycan da bu yolun tikintisinə maraq göstərib.
“Biz indi iranlı tərəfdaşlarımız və dostlarımızla ümumi şəkildə danışdıq. Azərbaycanla da mövzunu müzakirə etdik. Ümid edirəm ki, indi konkret işə başlayacağıq”, - deyə Putin yekunlaşdırıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:16 / 20.07.2022
Putin: “Azərbaycanla danışdıq, konkret işə başlayacağıq”
Hazırda oxunan: Putin: “Azərbaycanla danışdıq, konkret işə başlayacağıq”
Hazırda oxunan: Putin: “Azərbaycanla danışdıq, konkret işə başlayacağıq”
84573
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.