Mətbuatın İnkişafı Agentliyinin hüquqi bazası nə deməkdir, o, nəyə cavab verəcək? – EKSPERT RƏYİ

Mətbuatın İnkişafı Agentliyinin hüquqi bazası nə deməkdir, o, nəyə cavab verəcək? – EKSPERT RƏYİ

Hazırda oxunan: Mətbuatın İnkişafı Agentliyinin hüquqi bazası nə deməkdir, o, nəyə cavab verəcək? – EKSPERT RƏYİ

8456

Xəbər verildiyi kimi, ölkə başçısının fərmanı ilə media sahəsində islahatların dərinləşməsi məqsədi ilə yeni Agentliyin fəaliyyətinə start verildi.

Qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə  və şəffaflığa söykənəcək yeni qurumun hüquqi bazası da formalaşacaq. Hələki hüquqi bazanın işləyəcək mexanizmləri və detalları açıqlanmayıb. 

Azərbaycanın tanınmış jurnalisti, teletənqidçi, filologiya elmləri doktoru Qulu Məhərrəmli Bizim.Media-ya açıqlamasında deyib ki, yeni Agentliyin hüquqi bazası prezident fərmanına, dövlət qurumları haqqında sənədlərə və özünün nizamnaməsinə söykənəcək:
 

MÖVZU İLƏ BAĞLI:

“Hər bacıya bir sırğa paylamaq xətti davam edəcəksə...” - Media Agentliyi hansı yeniliklərlə gəlir?


“Bu onlayn və yazılı media sahəsində dövlət siyasətini tənzimləyən dövlət qurumu olacaq. Bunun hüquqi bazası üçün artıq ilk addımlar atılıb. Yəni prezident fərman imzalayıb və o sənədlə belə bir qurum yaradılıb. Agentliyin nizamnaməsini Nazirlər Kabineti təsdiqləyir və onun bərpasında qurum fəaliyyət göstərir. Fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyasına, mövcud qanunlara və özünün nizamnaməsinə əsaslanır”.

Qulu Məhərrəmlinin sözlərinə görə, “KİV haqqında” qanun və vəzifələr, eləcə də öhdəliklər əsas götürülərək bu publik qurumda medianın əsas hüquqi tənzimlənməsini həyata keçirəcək:

''Bu o deməkdir ki, informasiyanın alınıb yayılması ilə bağlı olan proseslərdə media qurumunun hüquqi vəzifələri var ki, onların gerçəkləşdirilməsinə yardım edəcək. Medianın hüquqi fəaliyyətini və qanunvericilik bazasını təmin edən təxminən 10-a qədər qanun var. O qanunların icrası necə reallaşır? Jurnalist məlumat ala bilirmi? O məlumat alarkən hüquqları pozulurmu? Öhdəliklərinə əməl edirmi? Araşdırma apararkən hansı problemlərlə üzləşir? Jurnalist üçün hansı təhlükələr var? Redaksiya üçün hansı problemlər var? Hüquqi tənzimləmə dedikdə bunlar nəzərdə tutulur''.

''Etik tənzimləməni isə redaksiya özü aparır. Özünün kodeksi və peşə prinsiplərini müəyyən edən qaydalara uyğun fəaliyyət göstərir. Hüquq bir çərçivə verir. Jurnalist fəaliyyətində etik və hüquqa paralel əməl etməlidir. Jurnalist yazı yazanda vicdanlı olmalıdır.  Bunu qanun müəyyənləşdirmir. Bunu həmin etik qaydalar müəyyənləşdirir ki, yazanda ədalətli və dürüst olmalısan. Amma qanun çərçivə verir ki, sən heç kimin hüquqlarını pozmalı deyilsən, təhqir etməli və böhtan atmalı deyilsən. Yaxşı redaksiya özünün nizamnaməsinə uyğun fəaliyyət göstərir və ona uyğun rəhbər tutur''. 

Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna”-“Zerkalo” nəşrlərinin baş redaktoru Elçin Şıxlı yaradılan Medianın İnkişafı Agentliyinin qarşısında yerinə yetirilməli olan çox böyük vəzifələrin dayandığını qeyd edib:

“Agentliyin nizamnaməsinin bəndinin birində yazılıb ki, iki ay ərzində media haqqında yeni qanun layihəsi hazırlanıb Milli Məclisə təqdim edilməlidir. Hüquqi baza dedikdə bu, nəzərdə tutulur və məhz həmin qanuna uyğun olaraq Agentlik işləyəcək. Dünyanın hər yerində jurnalistlərin hüquqları həm qorunur, həm də pozulur. Jurnalist fəaliyyəti elə bir şeydir, hardasa onun doğru, ədalət və düzgün yazmağına problemlər yaradanlar olur. Bu, dayanılmaz prosesdir. Azərbaycanda isə jurnalistlərin hüquqlarının tam qorunması və ya heç qorunmamasını söyləmək bir qədər çətindir. Hər halda yeni Agentlik fəaliyyətində bu nüanslara önəm verəcək”.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO