Fərid Şəfiyevdən erməni separatçılarının Qarabağdan çıxarılmasına MÜNASİBƏT 

Fərid Şəfiyevdən erməni separatçılarının Qarabağdan çıxarılmasına MÜNASİBƏT 

Hazırda oxunan: Fərid Şəfiyevdən erməni separatçılarının Qarabağdan çıxarılmasına MÜNASİBƏT 

84448

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılmasına dair bəyanatına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, Fərid Şəfiyev APA-ya açıqlamasında deyib ki, Ermənistan tərəfi bununla faktiki olaraq üçtərəfli bəyanatı icra etmədiyini etiraf etmiş olub.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan silahlı qüvvələri Qarabağdan çıxarılır


BMTM sədri Armen Qriqoryanın bəyanatının Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışından sonra təsadüf etməsinə diqqət çəkib: 

“Prezident İlham Əliyev çıxışında təkcə Ermənistana xəbərdarlıq etməmişdi, Prezident həm də Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinə toxunmuşdu. Çünki faktiki olaraq buna onlar şərait yaradıblar. Ola bilsin ki, bu məsələdə Rusiya sülhməramlı qüvvələrinin Ermənistana təzyiqi var.

Ola bilsin ki, bu məsələ məhz Rusiya vasitəsilə həll olunur. Amma gözləməkdə fayda var. Görək hələ Ermənistan bunu necə icra edəcək. Ona görə də hələlik vəziyyətə baxmalı və bu məsələnin necə icra olunacağını görməliyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO