İlham Əliyev: “Avropa Parlamenti Ermənistanla müqayisədə Azərbaycana qarşı daha aqressivdir”

İlham Əliyev: “Avropa Parlamenti Ermənistanla müqayisədə Azərbaycana qarşı daha aqressivdir”

Hazırda oxunan: İlham Əliyev: “Avropa Parlamenti Ermənistanla müqayisədə Azərbaycana qarşı daha aqressivdir”

84438

“Siz Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin dünənki səfəri haqqında yəqin məlumatlısınız. Bizim çox yaxşı müzakirələrimiz oldu. Bu, Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin əhəmiyyətini bir daha vurğulayır.

Eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə fəal şəkildə cəlb olunub. O, artıq Ermənistan və Azərbaycan rəhbərlərinin və özünün iştirakı ilə üç üçtərəfli görüşə ev sahibliyi edib”.
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağa gedən hər kəs erməni vandalizminin miqyasını görə bilər” – İLHAM ƏLİYEV


​​​​​​​Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən səsləndirib.

“Beləliklə, bu, çox müsbət kontekstdir. Lakin bunu nəzərə alaraq, biz Avropa Parlamentinin hərəkətlərini başa düşə bilmirik. Əslində, Avropa Parlamenti Ermənistan parlamenti ilə müqayisədə Azərbaycana qarşı daha çox aqressivdir. Bəzən elə gəlir ki, bu qətnamələri Ermənistan parlamenti qəbul edir və ya ola bilsin, bəzi erməni lobbi qruplarının onların üzərində müəyyən təsiri var”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO