“Qarabağla bağlı Ermənistanla danışılacaq heç bir məsələ qalmayıb” - Tofiq Zülfüqarov

“Qarabağla bağlı Ermənistanla danışılacaq heç bir məsələ qalmayıb” - Tofiq Zülfüqarov

Hazırda oxunan: “Qarabağla bağlı Ermənistanla danışılacaq heç bir məsələ qalmayıb” - Tofiq Zülfüqarov

84231

“Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə Qarbağdan erməni qoşunlarının çıxarılması ilə bağlı öz torpaqlarımızda keçirə biləcəyimiz anti-terror əməliyatı haqqındakı çıxışı Ermənistandan 10 Noyabrda  qəbul olunmuş öhtəliklərin icrasının tələbi idi. Bu bəyanat bir növ xəbərdarlıqdır ki, Azərbaycan öz torpaqlarına erməni tərəfinin oyunlarına imkan verməyəcək. Reallıqla yanaşsalar onlar başa düşəcəklər ki, bu oyunlara son qoymaq lazımdır”.

Bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada eks-xarici işlər naziri Tofiq Zülfüqarov səsləndirib.

Tofiq Zülfüqarovun sözlərinə görə prezidentin çıxışından az sonra baş tutan xarici işlər nazirləri Bayramov və Mirzoyan arasındakı görüş də Ermənistanın öz öhtəliklərinə əməl etməsi mövzusunda aparıldı:
 

MÖVZU İLƏ BAĞLI:

Zəngəzura status məsələsi GÜNDƏM ola bilər – Tofiq Zülfüqarovun ŞƏRHİ


“Bu görüş Qarabağın suverenliyi mövzusunda aparılan danışıqlar deyildi. Fikrimcə, bu görüş bir növ Ermənistanın öz öhtəliklərinə əməl etməsi üçün aparıldı, yəni danışıqlar məqsədi daşımırdı. Çünki Qarabağla bağlı Ermənistanla danışılacaq heç bir məsələ qalmayıb”.

Ermənistanın Qarabağdakı qeyri-qanuni hərbi birləşmələri haqqında da danışan ekspert Ermənistan hərbi-siyasi rəhbərliyinin Qarabağdakı erməni hərbi qüvvələrinə Azərbaycan torpaqlarını təcili olaraq tərk etməsinin vacibliyini izah etməli olduğunu vurğulayıb:

“Qarabağda hazırda iki növ erməni silahlı qüvvələri var: Ermənistan Ordusunu təmsil edən hərbiçilər və yerli qeyri-qanuni yaradılan silahlı birləşmələr. Birinci Azərbaycan ərzisini təcili tərk etməli, digərləri isə tərki-silah olunmalıdır”.

Eks xarici işlər nazirinin sözlərinə görə, Azərbaycan Prezidentinin son çıxışından nəticə çıxaracaq qüvvələr arasında Rusiya sülhməramlıları da var.

Onların birinci missiyası Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrini tərki-silah etməkdir:

“Rusiya sülhməramlıları Qarabağa ekskursiya məqsədi ilə gəlməyiblər. Onlardan tələb etməliyik ki, öz funksiyalarını doğru şəkildə icra etsinlər. Sülhməramlılar əgər davamlı sülhün yaranmasına yardım edə bilmirlərsə, onda onların orada nə işi var?”

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO