Yüksək vəzifəyə təyin olunan DTX generalı İlqar Musayev kimdir? – DOSYE

Yüksək vəzifəyə təyin olunan DTX generalı İlqar Musayev kimdir? – DOSYE

Hazırda oxunan: Yüksək vəzifəyə təyin olunan DTX generalı İlqar Musayev kimdir? – DOSYE

83855

İlqar Əli oğlu Musayev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəisinin müavini vəzifəsindən azad edilib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

İlqar Musayev Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi təyin edildi


Dövlət başçısının digər sərəncamı ilə İlqar Musayev Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, İlqar Musayevə Prezident İlham Əliyevin 2017-ci il 27 mart tarixli sərəncamı ilə general-mayor rütbəsi verilib.

İ. Musayev 2017-ci il mayın 29-na qədər DTX-nin Əməliyyat-Texniki İdarəsinin rəisi vəzifəsinin icra edib. Həmin tarixdə isə general-mayor İlqar Musayev tutduğu vəzifədən azad edilərək xidmət rəisinin müavini təyin edilib.

General-mayor İlqar Musayev 27 mart 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO