“Qarabağ klanı”nın generalı Ermənistan ordusunun başında – Bu addım MÜHARİBƏYƏ İŞARƏDİRMİ? 

“Qarabağ klanı”nın generalı Ermənistan ordusunun başında – Bu addım MÜHARİBƏYƏ İŞARƏDİRMİ? 

Hazırda oxunan: “Qarabağ klanı”nın generalı Ermənistan ordusunun başında – Bu addım MÜHARİBƏYƏ İŞARƏDİRMİ? 

83826

Xəbər verdiyimiz kimi, iyulun 13-də Ermənistan ordusunun Baş qərargah rəisi vəzifəsinə Edvard Arsyan təyin olunub. Lakin bu təyinat bərabərində müəyyən suallar da yaradıb.

Xüsusən də, Arsyan haqqında apardığımız araşdırmalar, bu şəxsin iqtidarda olan Paşinyan komandasına əks mövqeyin nümayəndəsi olduğunu göstərib. Belə ki, erməni mətbuatı Edvard Arsyanın faktiki olaraq sabiq müdafiə naziri, Xocalı cəlladı Seyran Ohanyanın adamı olduğundan yazırlar. Mənbələr onun hələ də Ermənistan parlamentinin müxalifət qanadının rəhbəri olan Ohanyana “cənab general” deyə müraciət etdiyini və sabiq prezident Robert Köçəryanın siyasi xəttini dəstəklədiyini bildirirlər.

Bəs, Paşinyan iqtidarının “Qarabağ klanı”ndan olan generalı ordu rəhbərliyinə gətirməsinə səbəb nədir? Bu təyinat regional sabitliyə təhdid yaradacaq vəziyyət formalaşdıra bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən İrəvan Türk Cümhuriyyətinin başqanı, professor Qafar Çaxmaqlının sözlərinə görə, Ermənistan hökumətində və ya ordu rəhbərliyində hər hansı dəyişiklik bizi maraqlandırmamalıdır:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda yeni Baş Qərargah rəisi təyin olundu


“Çünki bu Ermənistanın daxili işidir. Baş qərargah rəisiliyinə “Qarabağ klanı”ndan və ya Ermənistanın başqa bir bölgəsindən olan adamın gətirilməsi Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı siyasətini dəyişdirməz. Yəni, ermənilərin radikal, Azərbaycana düşməncə yanaşması həmişə olacaq və baş qərargah rəisinin kimliyi bunu dəyişdirməyəcək”. 

Alimin fikrincə, Paşinyan bu addımı çarəsizlikdən atıb:

“Məlumdur ki, Edvard Arsyan Paşinyana qarşı olan şəxslərdən biridir. O hələ Baş qərargah rəisi işdən azad olunarkən üsyan bayrağı qaldıranlardan idi. Artıq müəyyən dövr keçib, ola bilsin ki, başqa bir seçim olmayıb. Şübhəsiz ki, bu cür vacib posta təyinat olduqda xarici qüvvələrin də rəyi nəzərə alınır. O da mümkündür ki, Rusiyanın bu məsələdə rolu olub. Çünki Ermənistanda strateji vəzifələrə təyinatlar olarəkən, bu Rusiya ilə qərarlaşdırılır. Eyni zamanda erməni hərbçilərin bir çoxunun Rusiyaya bağlı adamlar olduğunu nəzərə alsaq, bu variantın olması mümkündür”.

Qafar Çaxmaqlı Arsyann təyinatının regional situasiyaya təsirlərinə də münasibət bildirib:

“Azərbaycan öz işini görməlidir. Ermənistanda baş qərargah rəisinin kim olmasından asılı olmayaraq, Azərbaycan öz ordusunu gücləndirməlidir və apardığı regional siyasəti davam etdirməlidir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO