İlham Əliyev Aİ rəsmisi ilə Azərbaycan-Ermənistan sülh sazişini müzakirə etdi - YENİLƏNİB/VİDEO

İlham Əliyev Aİ rəsmisi ilə Azərbaycan-Ermənistan sülh sazişini müzakirə etdi - YENİLƏNİB/VİDEO

Hazırda oxunan: İlham Əliyev Aİ rəsmisi ilə Azərbaycan-Ermənistan sülh sazişini müzakirə etdi - YENİLƏNİB/VİDEO

83790

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. 

Bizim.Media xəbər verir ki, Toivo Klaar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Şarl Mişelə çatdırmağı xahiş edib. 

Görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh sazişinin imzalanması, kommunikasiyaların açılması, Azərbaycanın üzləşdiyi mina problemi, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş soydaşlarımızla bağlı mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. 

Dövlətimizin başçısı Brüsseldə keçirilmiş görüşlərin nəticəsi olaraq əldə edilmiş razılaşmaların həyata keçirilməsinin və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin vacibliyini vurğulayıb. 

*** 10.23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO