Gürcüstan sərhədində qalan vətəndaşlarımızla bağlı XİN-dən RƏSMİ AÇIQLAMA

Gürcüstan sərhədində qalan vətəndaşlarımızla bağlı XİN-dən RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Gürcüstan sərhədində qalan vətəndaşlarımızla bağlı XİN-dən RƏSMİ AÇIQLAMA

83687

Gürcüstana şəxsi maşınları ilə gedib geri qayıda bilməyən vətəndaşlarımız günlərdir ki, qonşu ölkədəki səfirliyimizin və sərhəd məntəqəsinin qarşısında toplaşıblar.

Geri dönə bilməyən vətəndaşlarımızın Bizim.Media-ya müraciəti ilə bağlı ötən yazımızda ətraflı məlumat vermişdik.

Problemlə bağlı Sərhəd Xidmətindən verilən məlumatda məsələnin Dövlət Sərhəd Xidməti ilə əlaqədar olmadığı bildirildi və vətəndaşların aidiyyatı qurumlara müraciət etməsi məsləhət görüldü.

Azərbaycanın Gürcüstandakı səfirliyindən də vətəndaşlarımıza cavab verilib ki, hazırda keçid üçün kodların verilməsi prosesi dayandırılıb. Onlar problemin həllində məsul deyillər. 
 

MÖVZU İLƏ BAĞLI:

Quru sərhədləri açılsa, nə baş verəcək? – Ekspert ilkin şərtləri AÇIQLADI


Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva isə Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, XİN məsələdən xəbərdardır:

“Gürcüstan sərhədindəki vətəndaşlarımızın geri qayıtması ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyi məsuliyyət daşımır. Mövcud qaydalara görə vətəndaşlarımız şəxsi nəqliyyat vasitələri ilə Gürcüstana getmək və geri dönüş etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etməlidirlər. Vətəndaşlar səyahət üçün müraciət etdikləri zaman geri dönüş tarixlərini də göstərdikləri təqdirdə, asanlıqla geri qayıda bilərlər. 

Vətəndaşlar hər bir halda gözləməli və səbirli olmalıdırlar. Prosedura uyğun olaraq səfirlik vasitəsilə Nazirlər Kabinetinə göndərilən sorğuya nazirlik tərəfindən müsbət cavab verildikdən sonra, vətəndaşlarımız geri qayıda biləcəklər.

Bir daha qeyd edim ki, məsələnin Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinə heç bir aidiyyatı yoxdur. Səfirlik bir növ vətəndaşlarla Nazirlər Kabineti arasında vasitəçi rolunu oynayır”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO