53 il bundan əvvəl Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyevin həyatından 17 MARAQLI FAKT  

53 il bundan əvvəl Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyevin həyatından 17 MARAQLI FAKT  

Hazırda oxunan: 53 il bundan əvvəl Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyevin həyatından 17 MARAQLI FAKT  

83661

Bu gün Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 53-cü ili tamam olur. 1969-cu ilin 14 iyulunda hakimiyyətə gələn Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi fəaliyyətə başlayıb.

Müasir Azərbaycan tarixində ölkəmizə ən uzunmüddətə rəhbərlik edən şəxsiyyət olub.

Bizim.Media Böyük Dövlət Adamının həyatından 17 maraqlı məqamı seçərək sizlərin diqqətinə təqdim edir: 

1. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bununla da o, SSRİ-nin faktiki rəhbərlərindən biri olub.

Nəhəng SSRİ dövlətində bu qədər yüksək vəzifəyə yüksələn ilk azərbaycanlı məhz Heydər Əliyev olub.

2. Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın sənət adamları ilk dəfə Sosialist Əməyi qəhrəmanı adı qazanıblar.

3. Heydər Əliyevin sayəsində ilk dəfə olaraq Azərbaycanda İttifaq əhəmiyyətli bir çox sənaye müəssisəsi fəaliyyətə başlayıb. Soyuducu zavodu, kondisoner zavodu kimi müəssisələrin hətta SSRİ-də anoloqu olmayıb.

4. Heydər Əliyevin şəxsi təşəbbüsü ilə bugünkü Qalib Ordumuzun təlimləməsinə xidmət edən amillərdən biri kimi, Bakı Hərbi Məktəbi yaradılıb. Minlərlə Azərbaycan övladları xaricdə təhsil almağa yollanıb.

5. Onun təşəbbüsü və təkidi ilə 1978-ci ildə Azərbaycan dili rəsmi dövlət dili kimi Azərbaycan SSR Konstitusiyasında təsbit olunub.

6. SSRİ-nin qərbi ilə şərqini birləşdirən Baykal-Amur Makistralının (BAM) reallaşmasında müəllifliyi və böyük xidmətləri olub

7. Heydər Əliyev Moldovada Qaquz xalqına qarşı təxribatı önləyərək, orada münaqişə ocağının yaranmasının qarşısını alıb.

8. Heydər Əliyev Sovetlər vaxtı Kommunist Partiyası sıralarından istefa verən ilk lider olub.

9. SSRİ-nin zamanında indiki 3 rəngli bayrağımızı milli atribut kimi qəbul edən ilk rəhbər kimi tarixdə qalıb. Bu hadisə 1990-cı ilin 17 noyabrında Naxçıvan Muxtar Respublikasının Ali Sovetində baş verib. Bu hadisədən 8 ay sonra SSRİ dağılıb.

10. Heydər Əliyev müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifidir.

11. Heydər Əliyev Azərbaycanda ölüm hökmünü ləğv edən ilk liderdir.

12. Heydər Əliyev Dünya Azərbaycanlılarının l qurultayının təşəbbüskarı və təşkilatçısıdır.

13. Heydər Əlieyev ən çox sevdiyi nəğmə “Küçələrə su səpmişəm” xalq mahnısı idi.

14. Onun ən çox sevdiyi şairlər Nizami Gəncəvi və Səməd Vurğun idi.

15. Onun ən çox sefdiyi kinofilm “Baharın 17 anı” serialı idi. Ştrlis obrazını və onu canladıran aktyor Vyaçeslav Tixonova böyük dəyər verirdi.

16. Ən çox bəyəndiyi rəssam isə Tahir Salahov idi.

17. Ən çox sevdiyi meyvə Naxçıvan göyçəsi olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO