Sülhməramlılar Qarabağda kiminlə döyüşə hazırlaşır? – VİDEO

Sülhməramlılar Qarabağda kiminlə döyüşə hazırlaşır? – VİDEO

Hazırda oxunan: Sülhməramlılar Qarabağda kiminlə döyüşə hazırlaşır? – VİDEO

8357

Qarabağa yerləşdirilən Rusiyanın sülhməramlı missiyası döyüş hazırlıqları ilə bağlı təlim keçib.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, əsasən Dağlıq Qarabağ və müəyyən koridorlarda fəaliyyət göstərən sülhməramlılar döyüş hazırlığını qorumaq üçün təlimlər reallaşdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Rus sülhməramlılarına qarşı təsir vasitəsi olmalıdır” - POLİTOLOQ


Bu videoya baxan Azərbaycan vətəndaşları narahat olmaya bilməz və onların şübhəli düşüncələrə dalması anlaşılandır.

Sual yaranır ki, fəaliyyətləri ilə ideal təsir bağışlamayan, Azərbayacnın ictimai qınaq və yerli siyasətçilərin narazılığına tuş gələn rus sülhməramlıları kiminlə döyüşə hazırlaşır? 

Axı, Hadrut, Xocavəndin digər hissələri, Zəngilandakı anti-terror əməliyyatlarını Azərbaycan DTX, bizim hərbçilərimiz həyata keçirib. Bununla yanaşı ümumən, Qarabağda silahlı, partlayışlı təhlükə yarada biləcək qüvvələr varsa, onlar kimdir? 

Gəldikləri gündən ancaq ermənilərin maraqlarına xidmət edən Rusiya sülhməramlılarının döyüş hazırlığının yoxlanması nə məqəsəd güdür? Üzü Azərbaycan ordusuna doğru mövqe tutmuş bu hərbi kontngentin arxasında hələ də minlərlə erməni silahlısı gizlənir. 

Sülhməramlılar 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli sazişin şərtləri əsasında bu bölgəyə daxil olub və dayanıqlı sülhün yaranmasına xidmət etmək kimi bir missiyanı üzərlərinə götürüblər.

O cümlədən, sazişə uyğun olaraq, Ermənistana məxsus hərbi birləşmələrin tamamilə ərazilərimizdən çıxmasına təminat yaratmalıydılar. 

Təəsüf ki, qeyri-rəsmi məlumatlara görə, hələ də 5 mindən çox erməni silahlısı Qarabağı tərk etməyib. Hətta Ermənistanda əsgər analarının etiraz aksiyalarında da bu fikirlər səsləndirilir ki, onlar Qarabağa zorla göndərilən övladlarını geri istəyirlər. Ermənistan hakimiyyətinin ikiüzlü siyasətinə qarşı çıxırlar.

Bizim.Media 

 


 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO