Özbəkistanın qarışması daha çox hansı dövlətin işinə yarayır? - TƏHLİL

Özbəkistanın qarışması daha çox hansı dövlətin işinə yarayır? - TƏHLİL

Hazırda oxunan: Özbəkistanın qarışması daha çox hansı dövlətin işinə yarayır? - TƏHLİL

83564

Dünyanın daha bir ölkəsi daxili qarşıdurmaya hamilədir. Söhbət türk dünyasının 3-cü ən böyük dövləti olan Özbəkistandan gedir. Bildiyimiz kimi, iyunun sonlarında ölkənin Qaraqalpaqıstan Muxtar Respublikasında vətəndaş qarşıdurması baş verdi. Ölkəni xaso sürükləyə biləcək bu təxribatın qarşısı qismən alınsa da iğtişaş ocaqları hələ də sönməyib. Və hər an böyük insan itkisinə səbəb ola biləcək təxribatlar gözlənilməkdədir. 

Daxildəki qarşıdurma azmiş kimi ötən həftə talibançılar Əfqanstan ərazisindən Özbəkistana 5 ədəd raket atdı. Bu isə daha qorxunc hadisələrdən xəbər verir. Deməli, ölkə daxilindəki təxribatçılarla xaricdəki terrorçuları bir mərkəzdən idarə edən qüvvələr var. Bəs, bu qüvvələr hansılardır?

Özbəkistanın qarışması Rusiya üçün nə dərəcədə maraqlıdır?

Qərb mətbuatına və onun təsiri altında olan yerli KİV-lərə inansaq, bu təxribatların arxasında Rusiya dayanır. Amma bu arqument heç də inandırıcı gəlmir. Çünki, Özbəkistan Rusiyanı açıq-gizli dəstəkləyən 5-10 dövlətdən biridir. Son dönəmlərdə isə rəsmi Daşkənd ölçülü və praqmatik xarici siyasət yürütdüyündən Moskvanı incidə biləcək heç bir hərəkətə yol verməyib.

Ən əsası da odur ki, Özbəkistan Orta Asiyanın o ölkələrindəndir ki, Avropaya çıxış qapısı kimi Rusiyanı görür. Hətta son vaxtlar Azərbaycanla münasibətlər istiləşsə belə, Özbəkistan Avropaya çıxış üçün alternativ yolların axtarışında o qədər də həvəsli görünmür. Ona görə də Özbəkistanın daxilində və xaricində baş verənlərdə Rusiyanı günahkar tutmaq ən azı məntiqsizlikdir. Üstəlik, Rusiyanın başı Ukraynaya qarışıb. Belə bir çətin vaxtda rəsmi Moskvanın özü üçün ikinci cəbhə açmaq istəyi heç cür ağlabatan deyil.

Çin Özbəkistanın starteji tərəfdaşı və ticarət partnyorudur

Bəzi qüvvələr isə Özbəkistan olaylarında nədənsə Çini günahkar çıxartmağa çalışır. Bu iddianın da əsası yoxdur. Nəzərə alaq ki,  Çin Özbəkistanın strateji tərəfdaşıdır. Son illər Çin Özbəkistanın ən böyük ticarət əlaqəsi olan iki ölkədən biridir. Pandemiyadan əvvəl-2019-cu ildə ikitərəfli ticarətin illik həcmi orta hesabla 30-40% artıb. Pandemiyaya baxmayaraq 2021-ci ilin sonuna qarşılıqlı ticarətin həcmi 7,4 milyard dolları ötüb.

Çin Özbəkistan mallarının ən böyük ixrac bazarıdır. 2021-ci ildə Özbəkistanın xarici ticarətinin ümumi həcmində Çinin payı 17,7% təşkil edib. Özbəkistanda Çin investisiyalarının illik artımı 40-50% arasında dəyişir. Belə bir vəziyyətdə Çinin Özbəkistanda ictimai-siyasi vəziyyətin qarışmasında nəyə görə maraqlı olmalıdır? Təbii ki, bu sual açıq qalır...

Qaraqalpaqıstanda baş verənlərdə ABŞ izi

Regiondakı bu iki gücün Özbəkistandakı hadislərdə iştirakı istisna edildiyi üçün bütün baxışlar ABŞ-a dikilir. ABŞ-ın Rusiyanın və Çinin təsiri altında olan Özbəkistanda qarşıqlıq yaratma istəyi daha inandırıcı görünür. Nəzərə alaq ki, Qərb, daha doğrusu ABŞ maraqlıdır ki, dünyada yeni qaynar nöqtələr yaransın. Və bu hesaba da dünyada təsir imkanlarını və iqtisadi gücünü daha da artırsın. Tək bir faktı deyək ki, son 25 ildə ABŞ çalışırdı ki, avronu dollar qarşısında dəyərsizləşdirsin. Ancaq buna heç cür nail ola bilmirdi. Lakin, Ukrayna-Rusiya müharibəsi hesabına ABŞ bu arzusuna çox asanlıqla çatdı. Bu gün Aİ avro şokunu yaşayır. Və bu şok Ukraynada baş verənlərin əks sədasıdır.

Ona görə də Özbəkistanda baş verənlər daha çox ABŞ-ın layihəsinə oxşayır. Bunun da bir neçə səbəbi var.

Birincisi, Özbəkistanda aranı qarışdırmaqla ABŞ Ukraynadakı hərbi uğursuzluğu (iqtisadi uğurları hədsiz dərəcədə böyükdür) unutdurmaq istəyir. Necəki, Suriyadakı uğursuzluqdan qaçıb Əfqanıstana yerləşdi. Əfqanıstandakı hərbi uğursuzluqdan (əslində böyük iqtisadi uğur qazandı) qaçıb Ukraynada özünə yuva tapdı. Və artıq ABŞ Ukraynada öz istədiklərinə çatıb.

Rusiyanı sonu görünməyən bir müharibəyə cəlb eləyib. Avropanın bu münaqişənin yaratdığı iqtisadi bataqlıqda boğur.

Artıq Ağ Ev üçün Aİ və Rusiya o qədər də qorxulu rəqiblər deyil. Əsas rəqib dünyanın ikinci ən böyük ÜDM malik, zəngin maddi,kapital ehtiyatlarına və sonsuz insan resursuna malik Çindir. ABŞ Çinə birbaşa müdaxilə gücündə olmadığı üçün hələlik onu yaxın ətrafından məhrum elmək istəyir. Çinin yaxın dostlarından biri də Özbəkistandır. Özbəkistan qızıl yataqlarının həcminə görə dünyada 5-ci, Asiyada isə birincidir. Uran istehsalına görə isə Özbəkistan dünya 3-cüsüdür. Üstəlik, Özbəkistanın 3 trilyon kubmer qaz ehtiyatı var. 

Amma bu qədər zənginlikdən ABŞ kimi fövqəldövlət istdiyi kimi faydalana bilmir. Çünki, Özbəkistana gedən yolu gah Rusiya kəsir, gah da ki, Çin. Ona görə də Özbəkistanda baş verənlər daha çox ABŞ-ın layihəsi kimi görünür. Üstəlik, Özbəkistanda baş verənlərdə Ağ Evin ənənəvi təxribat metodu apaydın görünür. Guyaki, Qaraqalpaqları özbəklər etnik olaraq təmizləmək, onların hüquq və azadlıqlarını əllərindən almaq istəyir.

Üstəlik, Əfqanıstandan atılan raketlər də birbaşa Pentaqonun sifarişi kimi görünür. Elə zənn edilir ki, ABŞ Əfqanıstandan çıxıb.

Amma unutmayaq ki, Əfqanstan talibançıların əlindədir. Talibançılarsa Ağ Evin layihəsidir. Talibançılar Pentaqonun icazəsi olmadan göydə uçan quşa da daş ata bilməzlər. Ən nəhayət talibançılar uzaq gələcək üçün ABŞ-ın Çinə və digər region dövlətlərə qarşı istifadə edəcəyi ən böyük silahıldır. Ona görə də Özbəkistan ətrafında baş verənlər birbaşa ABŞ-ın diqtəsidir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO