Ermənistanın növbəti UĞURSUZLUĞU – ATƏT Qarabağla bağlı qətnamələri rədd etdi

Ermənistanın növbəti UĞURSUZLUĞU – ATƏT Qarabağla bağlı qətnamələri rədd etdi

Hazırda oxunan: Ermənistanın növbəti UĞURSUZLUĞU – ATƏT Qarabağla bağlı qətnamələri rədd etdi

83540

ATƏT-in Birmingemdə keçirilən assambleyasının qətnamələrinə erməni nümayəndə heyəti Ermənistan və ya Dağlıq Qarabağla bağlı əlavələri daxil edə bilməyib.  

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu deputat Lilit Qalstyan sosial şəbəkələrdə yazıb.  

O əlavə edib ki, ATƏT Assambleyası eksklüziv olaraq Ukrayna məsələsinə yönəlib.  

Bütün diqqətlər Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə yönəldilib. Hətta “məhbuslar”ın qaytarılması, məcburi köçkünlərin problemləri və mədəni irsin qorunması ilə bağlı humanitar məsələlər də müzakirə olunmayıb.  

Qalstyanın sözlərinə görə, o, ilk dəfədir ki, belə ciddi beynəlxalq arenada Ermənistanın təcrid olunması ilə üzləşir.  

O bildirib ki, bu, Ermənistan hakimiyyətinin Azərbaycanla “sülh gündəliyi” məsələsinin nəticəsi olaraq baş verib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO