Türkiyə Prezidenti : “Ermənistan yenə Azərbaycana hücum etdi”

Türkiyə Prezidenti : “Ermənistan yenə Azərbaycana hücum etdi”

Hazırda oxunan: Türkiyə Prezidenti : “Ermənistan yenə Azərbaycana hücum etdi”

Özət:
  • Minsk qrupu fəaliyyətsizdir
  • Avropa susur, Türkiyə isə susmayacaq
834

“Qarabağda yaşananlar bizə ayrı-seçkiliyin göz yaşlarından başqa bir nəticə gətirmədiyini göstərib. Biz elə buna görə azərbaycanlı qardaşlarımızın yanındayıq”.

Bizim.Media-nın məlumatına görə bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  Ədalət və İnkişaf Partiyasının (AKP) Şırnak təşkilatının konfransında söyləyib. Minsk qrupunun fəaliyyətsizliyini sərt tənqid edən Ərdoğan Azərbaycanın haqq işini dəstəklədiyini söyləyib. “Rəbbim yardımçıları olsun. İnanıram ki, işğal altındakı bu torpaqları ermənilərdən qurtaracaqlar. İnşallah, bunu uğurla başa gətirsinlər”.

Ərdoğan Ermənistan tərəfinin atəşkəsi pozmasına da diqqət çəkib:”İkinci dəfə atəşkəs elan olunsa da, Ermənistan yenə Azərbaycana hücum etdi. Avropa hələ də səsini çıxarmır, Türkiyə isə susmayacaq. Biz haqqın və haqlının yanındayıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO