“Tezliklə sülhməramlılar da Laçın şəhərini tərk edəcəklər” – Sovet atributlarına deputatdan MÜNASİBƏT

“Tezliklə sülhməramlılar da Laçın şəhərini tərk edəcəklər” – Sovet atributlarına deputatdan MÜNASİBƏT

Hazırda oxunan: “Tezliklə sülhməramlılar da Laçın şəhərini tərk edəcəklər” – Sovet atributlarına deputatdan MÜNASİBƏT

83395

Mətbuatın yazdığına görə, AZTV əməkdaşlarının iyulun 9-da Laçına səfərləri zamanı Rusiya sülhməramlıların yerləşdiyi şəhərin mərkəzindən çəkdiyi eksklüziv görütülərdə SSRİ bayrağı əks olunub. Keçmiş imperiya bayrağı rayon mərkəzinin sakinlərin “poçt” adlandırdıqları hissəsində, aşağısında ermənicə yazılar olan "Snikers" reklamının üzərində - Şuşa, Qubadlı və Qərbi Zəngəzurun Gorus şəhəri istiqamətindən gələn avtomobil yollarının kəsişdiyi giriş dairəsində görüntülənir. 

Üzərində oraq və çəkic olan bayrağın dalğalandığı tikilinin hərbi obyekt olduğu ehtimal edilir. Görüntü onu göstərir ki, Azərbaycan torpağında, sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazidə artıq tarixin arxivinə qovuşan SSRİ adlı dövlətin bayrağı asılıb.   

Bu görüntünü Bizim.Media-ya açıqlamasında şərh edən Milli Məclisin deputatı Elman Məmmədov bildirir ki, həmin hərəkət ermənilərin növbəti xəstə fantaziyasının məhsuludur: 
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağdakı erməni təxribatları Laçın dəhlizinin bağlanmasına səbəb ola bilər


“Bu görünür Qarabağdakı ermənilərin istəyidir. Təbii ki, onlar da özbaşına deyillər. Bununla bağlı onlara ümid verənlər, həmin fikirləri sızdıranlar var. Guya lazım olsa, onlar Rusiyaya müracit etməklə bu ölkənin vətəndaşlığını da qəbul edə bilərlər. İndi Rusiyanın SSRİ-ni bərpa edəcəyilə bağlı xəstə fikirlər dolaşmaqdadır. Laçında da SSRİ-nin köhnə bayrağını yəqin ki, məhz bu cür düşünənlər asıb”. 

Deputat bu olaydan əndişələnməyə elə də ciddi ehtiyac görmür:

“Məsələ ondadır ki, yaxınlarda sülhməramlılar da Laçın şəhərini tərk edəcəklər. Rus sülhməramlıların nəzarətində olan Laçın dəhlizi adlanan ərazi Azərbaycanın nəzarətinə keçəcək. Belədə həmin ərazidə nə rus sülhməramlısı, nə erməni dığası, nə də SSRİ-nin, yaxud da başqa kimsənin bayrağı olmayacaq. Orada Azərbaycan bayrağı dalğalanacaq, himnimiz səslənəcək. Həmin SSRİ bayrağı da yəqin ki, küçədə gəzən dördayaqlıların birinin boğazına bağlanıb küçəyə buraxılacaq”. 

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyini öyrənməyə cəhd etsək də, dəfələrlə edilən zənglərə qarşı tərəfdən nədənsə cavab verən olmadı.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO