“Paşinyanın Ərdoğana telefon zəngi çox vacib addımdır” – Tofiq Zülfüqarov

“Paşinyanın Ərdoğana telefon zəngi çox vacib addımdır” – Tofiq Zülfüqarov

Hazırda oxunan: “Paşinyanın Ərdoğana telefon zəngi çox vacib addımdır” – Tofiq Zülfüqarov

83371

“Təbliğat baxımından bu danışıqlar hər iki tərəf üçün vacibdir”.

Bunu Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Türkkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan baş naziri Nikol Paşinyan arasında ikincinin təşəbbüsü ilə baş tutan telefon danışığını şərh edərkən deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub


“Bu telefon zənginin hər iki tərəf üçün öz faydası var. Ermənistanın Azərbaycanla danışıqlarında onun öz günahı ucbatından müəyyən problemlər olduğundan, Ərdoğanla aparılan telefon söhbəti İrəvana danışıqlar istiqamətində bir çox təşəbbüslərə sahiblik etdiyini göstərmək baxımından vacibdir. Bu baxımdan təşəbbüskar olaraq Paşinyan özü Ərdoğana zəng edib. 

Türkiyənin maraqlarına gəldikdə, bu istiqamətdə də proses gedir. Türkiyə-Ermənistan münasibətləri, ilk növbədə yolların açılması prosesi hesab edirəm ki, Ankara üçün də çox vacibdir.

Təbii ki, təbliğat baxımından. Çünki iqtisadi əlaqələr elə də böyük deyil. Bu danışıqların təbliğat-siyasi baxımdan nəticələri Ankara üçün də vacibdir. Ona görə də bu sayaq təmaslar maraqların təmin edilməsilə bağlıdır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO