Taliban Özbəkistana hücuma hazırlaşır? – “Tezliklə sərhədyanı toqquşmalar olacaq”

Taliban Özbəkistana hücuma hazırlaşır? – “Tezliklə sərhədyanı toqquşmalar olacaq”

Hazırda oxunan: Taliban Özbəkistana hücuma hazırlaşır? – “Tezliklə sərhədyanı toqquşmalar olacaq”

83350

Bəzi xarici ekspertlərin rəyinə görə, əgər Özbəkistan rəhbərliyi Qaraqalpakıstandakı xəbərdarlığa məhəl qoymayıb, tutduğu yeni kursa davam etsə, o zaman avqust ayında Əfqanıstandakı “Taliban” rejiminin Özbəkistana hücumu təşkil ediləcək. 

İddialara görə həmin hücumun bazisi indidən hazırlanır. Belə ki, bu yaxınlarda Əfqanıstandan Özbəkistan ərazisinə 5 raket atılıb.

Xatırladaq ki, bir müddət əvvəl Özbəkistan Prezidenti Şafkat Mirziyoyev muxtar qurum olan Qaraqalpakıstanın bu statusunun ləğvi istiqamətində addım atmağa cəhd etdi. Lakin onun bu addımı muxtar qurumda ciddi etirazlara səbəb oldu.

Bu əsasda Daşkənd rəhbərliyi etirazı yatırmağa nail olsa da, aydın məsələdir ki, həmin hadisə Özbəkistanı yürütdüyü yeni siyasətdən çəkindirməyə hesablanmış addım idi. Belədə, Özbəkistana yönəlik təzyiqlərin səngiməyəcəyi, hətta daha da şiddətlənəcəyi gözləniləndir. Görünür, Əfqanıstandakı “Taliban” rejimindən də məhz bu məqsədlər üçün istifadə etməyə çalışırlar.    

Məsələni Bizim.Media-ya şərh edən siyasi şərhçi Vüqar Zifəroğlu düşünür ki, avqust ayında “Taliban”ın Özbəkistana böyük həcmli birbaşa müdaxiləsi olmayacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Özbəkistanda nə baş verir?


Amma bununla belə, ekspert tərəflər arasında sərhədyanı toqquşmaların olacağını istisna etmir: 

“Əslində “Taliban”ın Özbəkistan istiqamətində ciddi şəkildə hər hansı bir müdaxiləyə gedəcəyi ehtimalı azdır. Ona görə ki, burada Türkiyə, Çin, Rusiya, müəyyən mənada Pakistan faktoru da var. Burada həmçinin, Mərkəzi Asiya ölkələrinin bir-birinə olan münasibətləri faktoru da var. Bu mənada düşünmürəm ki, “Taliban” rejiminin Özbəkistana qarşı ciddi müdaxiləsi baş versin. Hansısa bir kiçik toqquşmaların olması isə realdır. Özbəkistan istiqamətinə “Taliban” rejiminin 5 raket atması buna misaldır”. 

Həmsöhbətimizin fikrincə, mövcud durum “Taliban” rejiminin Özbəkistana böyük həcmdə hücumunu mümkünsüz edir:

“Onların Özbəkistana böyük miqyasda müdaxilə edəcəyilə bağlı iddia səsləndirmək hələ çox tezdir. Durum böyük miqyasda müdaxilənin yolverilməzliyini diqtə edir. Bütün hallarda Mərkəzi Asiyada baş verən proseslərdən “Taliban” da öz təsir dairəsini genişləndirmək üçün maksimum dərəcədə istifadə edəcək. Bu mənada, Mərkəzi Asiyada marağı olan qüvvələrin “Taliban”la, habelə bir-birilə münasibətləri önəmli faktorlar kimi dəyərləndirilməlidir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO