“Ermənistan yaxın gələcəkdə Azərbaycanla sülh sazişi ilə bağlı substantiv danışıqların keçirilməsinə ümid edir”.
Bizim.Media “İnterfaks”a istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan İctimai Televiziyasının efirində deyib.
“Vəziyyətin dalana dirəndiyini hesab etmirəm. Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinləri səviyyəsində delimitasiya üzrə komissiyanın ilk görüşü keçirilib.
Növbəti görüşlər Moskva və Brüsseldə baş tutmalıdır. Ümid edirik ki, razılıq əldə olunacaq və görüş yaxın vaxtlarda keçiriləcək”, - deyə Qriqoryan qeyd edib.
Onun sözlərinə görə, hazırda onunla Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşünə hazırlıq müzakirə olunur.
Bizim.Media
![Ermənistandan Azərbaycanla sülh danışıqlarına dair AÇIQLAMA Ermənistandan Azərbaycanla sülh danışıqlarına dair AÇIQLAMA](https://bizim.media/file/articles/2022/07/12/1657603960_02f.jpg)
- A-
- A
- A+
Siyasət
09:32 / 12.07.2022
Ermənistandan Azərbaycanla sülh danışıqlarına dair AÇIQLAMA
Hazırda oxunan: Ermənistandan Azərbaycanla sülh danışıqlarına dair AÇIQLAMA
Hazırda oxunan: Ermənistandan Azərbaycanla sülh danışıqlarına dair AÇIQLAMA
83349
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.