Millət vəkili:

Millət vəkili: "Türkiyənin masada olmaması heç kəsdə narahatlıq doğurmasın" - VİDEO

Hazırda oxunan: Millət vəkili: "Türkiyənin masada olmaması heç kəsdə narahatlıq doğurmasın" - VİDEO

8293

"Türkiyənin masada olmaması sosial şəbəkələrdə və heç kəsdə narahatlıq doğurmasın".

Bizim.Media xəbər verir ki, bu fikirləri İctimai televiziyanın efirində millət vəkili Hikmət Babaoğlu bildirib.

Çıxışının davamında o, əlavə edib ki, "məsələni qlobal konteksdə müzakirə etsək, ABŞ-da demokratların hakimiyyətə gəlməsindən sonra Türkiyə-Azərbaycan münasibətlərinin necə olacağı sualı yaranır.

3-4 ildə Suriya və Şimali Afrikadan sonra Türkiyənin də tənzimləməyə çalışdığı konfliktlərdən axırıncısı Qafqazda baş verən hadisələrdir.

Bu olaylar Türkiyəyə yeni bir status təyin edib. Dünya gücləri qəbul etmək məcburiyyətində qaldı ki, Türkiyə müstəqil aktordur".

Millət vəkilinin fikrincə, noyabrın 10-dan keçən 2 ay müddətində isə dünya siyasətini təyin edən ölkələr tərəfindən yeni reallığın dərk edilməsi, qəbul olunması prosesi gedirdi.

"Bir neçə gün bundan əvvəl Avropa İttifaqının rəsmiləri Türkiyəli həmkarları ilə görüşdü. Bu vaxtadək həmin ölkələr Ankaranı Aİ-dən kənar tutmağa çalışırdı. Ayın sonunda isə, Türkiyənin Avropa Birliyinə qəbul edilməsi istiqamətində geniş formatda görüş keçiriləcək. Dünənə qədər Fransa-Yunanıstan tandemi Ağ dənizdə Türkiyəni sıxışdırmağa çalışırdısa, ən son məlumata görə, Afina və Ankara yenidən danışıqlara başlayır."

Millət vəkili Hikmət Babaoğlunun sözlərinə görə, çoxqütblü dünya nizamında Azərbaycanla Türkiyə özünə çox mühüm yer müəyyənləşdirib və burada Rusiyanın da iştirakını mütləq qeyd eləmək lazımdır:

“Belə olan halda Ağ Evin demokratları da bu reallığı nəzərə alacaq”.

Anar Rəhimov, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO