Sahib Alıyev: “Ermənilər regionu birdəfəlik tərk etmək istəyir”

Sahib Alıyev: “Ermənilər regionu birdəfəlik tərk etmək istəyir”

Hazırda oxunan: Sahib Alıyev: “Ermənilər regionu birdəfəlik tərk etmək istəyir”

82897

“Ermənistanın məqsədi Azərbaycanı müharibəyə başladıb, KTMT-ni münaqişəyə cəlb etməkdir? Axı onlar tarixin acı təcrübəsindən bunun fayda gətirməyəcəyini bilirlər”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiya iclasında səsləndirib.  

Deputat qeyd edib ki, Ermənistan nəticəsini bilə-bilə Azərbaycanla yeni müharibəyə hazırlaşır.

“Əgər ermənilər Göyçəni özlərinə yurd yerləri bilirlərsə, nəyə görə Qarabağda olduğu kimi, oradakı kəndlərimizin də altını üstünə çeviriblər? Bu da onu göstərir ki, onlar regionu birdəfəlik tərk etmək istəyirlər.

Ona görə tərk etmək istəyirlər ki, müstəqillik əldə etmələrindən 30 il keçməsinə baxmayaraq, normal dövlət qura bilməyiblər”, - deyə Sahib Alıyev əlavə edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO