"Quru sərhədlərinin açılmaması 10 minlərlə vətəndaşı acınacaqlı duruma salıb" - Fazil Mustafa  

Hazırda oxunan: "Quru sərhədlərinin açılmaması 10 minlərlə vətəndaşı acınacaqlı duruma salıb" - Fazil Mustafa  

82894

“Səsləndirdiyimiz fikirlərin böyük əksəriyyəti ya diqqətdən kənar qalıb, ya da tam əksi qərar qəbul olunub”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiya iclasında səsləndirib.  

Deputat qeyd edib ki, bu vəziyyət Konstitusiyanın işləməməsinə gətirib çıxarıb:  

“Quru sərhədlərinin bağlanması ilə bağlı qərar qəbul olundu. Ola bilsin ki, dövlətin bildiyi nəsə var. Amma on minlərlə vətəndaşımız acınacaqlı hala düşdülər.  

Yüz min insan istirahət və müalicə hüququndan məhrum oldu. Onlar aylar öncədən quru yolla bilet alıblar. Bu xüsusən də kasıb əhaliyə aiddir. Çünki onlar AZAL-ın qiymətləri ilə qiymət ala bilmirlər”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO